Cəmiyyət

Gəncədə minik avtomobili işıqfora çırpılıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. VAZ-2115 markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın işıqfora çırpılıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Bu gün Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü […]

Dünya

İndoneziya hökuməti: “Putin G20 ölkələrinin sammitinə gəlməyəcək”

Rusiya Prezidenti Vladimir Putin Balidə (İndoneziyada) keçiriləcək “Böyük iyirmiliy”in sammitində iştirak etməyəcək. Bu açıqlama ilə İndoneziya hökumətinin sözçüsü çıxış edib. Eyni zamanda, onun versiyasına görə, Rusiya lideri sammitə onlayn şəkildə qoşulacaq. “Böyük iyirmilik” ölkələrinin 17-ci sammiti bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək. Mənbə: Reuters Xeberal.az

Siyasət

TDT liderlərinin zirvə görüşü başlayır: İlham Əliyev iştirak edəcək

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Birinci Zirvə görüşü keçiriləcək. Oxu.Az xəbər verir ki, tədbir iki gün davam edəcək.  Məlumat üçün əlavə edək ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. […]

Cəmiyyət

Şəki sakini öz avtomobilini yandırdı

Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb. APA-nın məlumatına görə, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib.  1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus VAZ-2106 markalı, 27-BN-761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib.  Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından […]

Dünya

Çində reaktiv skeytbord yaradıldı

Pekin Energetika İnstitutunda SF-FB-30 hava skeytbordunun prototipini yaradılıb. Onun əsas xüsusiyyəti dörd kompakt reaktiv mühərrikdən istifadə etməsidir. Qeyd olunur ki, şəxsi nəqliyyat vasitəsi insanı və ya çəkisi təxminən 100 kq olan hər hansı digər yükü havaya qaldırmağa qadirdir. Eyni zamanda, SF-FB-30 150 km/saat sürətlə hərəkət edə bilir. Skeytbordun maksimum “güc ehtiyatı” 10 dəqiqədir. İddia olunur […]

Dünya

ABŞ-da evli cütlük körpəsini qaçırmaq üçün üç uşaqlı hamilə qadını qətlə yetirdi

ABŞ-nin Missuri ştatında hamilə qadın və uşağın vəhşicəsinə öldürülməsində şübhəli bilinən ər və arvad həbs edilib. Belə ki, dördüncü övladına hamilə olan 33 yaşlı üç uşaq anası Eşli Buş internet vasitəsilə iş axtarıb. 42 yaşlı qadın ona başqa şəhərdə müsahibə təklif edib və onu ora özünün aparacağına söz verib. Bir gün həmin qadın maşınla Eşli Buşun arxasınca […]

Dünya

Məşhur dəb brendi Cənubi Koreya sarayının bərpasına yardım edəcək

Seuldakı Kenbokkun Sarayında “Gucci” kolleksiyasının təkrar nümayişi ləğv edildikdən sonra, marka sarayın bərpasına yardım etmək qərarına gəlib. İtalyan dəb evi bu ayın əvvəlində Seulda Hellouin bayramında 150-dən çox insanın ölümünə səbəb olan izdihamdan sonra Cənubi Koreyadakı “Cosmogonie” adlı şounu keçirmək istəyindən daşınıb və bunun əvəzinə brend Kenbokkun Sarayını bərpa etmək və qorumaq üçün pul ayırıb. […]