Cəmiyyət

Bakıda iki qardaşı avtomobil vurub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Qədirov Kamran Ruslan oğlu və onun qardaşı – 2003-cü il təvəllüdlü Qədirov Nurlan Ruslan oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onları avtomobil vurub. Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xeberal.az

Dünya

İsrail şəhərlərində sürücüsüz avtobuslar işləyəcək

İsrailin İnnovasiyalar İdarəsi ölkədə tıxacları azaltmaq üçün sürücüsüz avtobusların istismarı ilə bağlı iki illik sınaq proqramına start verib. Bunun üçün hökumət toplam 17 milyon dollarlıq investisiya ayırıb. Layihə çərçivəsində ictimai nəqliyyat sisteminə avtonom nəqliyyat vasitələrinin inteqrasiyası araşdırılacaq. İki mərhələli pilot layihənin birinci mərhələdə şirkətlər texnoloji, tənzimləmə, təhlükəsizlik və kommersiya məqsədəuyğunluğunu sübut etmək üçün qapalı və […]

Dünya

ABŞ-ın beş ştatında köləliyin ləğvinə dair səsvermə keçirilir

Alabama, Vermont, Luiziana, Oreqon və Tennessi ştatlarının konstitusiyalarına köləliyi qadağan edən müddəanın daxil edilməsi üçün çərşənbə axşamı referendum keçirilir. Müvafiq məlumatlar sadalanan ştatların seçki komissiyaları tərəfindən təqdim edilib. Birləşmiş Ştatlarda quldarlıq 1865-ci ildə ABŞ Konstitusiyasına edilən düzəlişlə faktiki olaraq ləğv edilib. Ayrı-ayrı ştatların konstitusiyalarına oxşar düzəlişlərin edilməsi isə onilliklər boyu davam edib. Alabama, Vermont, Luiziana, […]

Dünya

ABŞ-da 1 milyard dollarlıq bitkoin oğurlayan şəxs ələ keçib

ABŞ-ın Corciya ştatının sakinindən 50 min bitkoin və ya təxminən 1 milyard dollar dəyərində kriptovalyuta müsadirə edilib. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, o, rəqəmsal aktivləri oğurlamaq üçün fırıldaqçılıqda günahını etiraf edib. Müstəntiqlərin fikrincə, cinayət 2012-ci ilin sentyabrında baş verib. O zaman şübhəli Ceyms Çjun “Silk Roud” ticarət platformasından 50 minə yaxın bitkoin oğurlayıb. Açıqlamaya […]

Dünya

Cənubi Koreyanın keçmiş prezidenti Kim Çen Inın bağışladığı itləri geri qaytarır

Koreya Respublikasının keçmiş prezidenti Mun Çje İn 2018-ci ildə Pxenyan sammitindən sonra Şimali Koreya lideri Kim Çen Inın ona hədiyyə etdiyi Punsan cinsindən olan iki iti və bir küçüyü KXDR-ə qaytarır. Məlumata görə, bu qərar Mun Çje İnin təqaüdə çıxdıqdan sonra prezident arxivi ilə bağladığı müqavilənin yerinə yetirilməməsi səbəbindən verilib. Cənubi Koreya qanunlarına görə, prezidentin […]

Dünya

Norveç şahzadəsi şaman nişanlısına görə krallıqdakı öhdəliklərini tərk edir

Norveç kralı Haraldın qızı şahzadə Marta Luiza çərşənbə axşamı bildirib ki, nişanlısı ilə bağlı çoxsaylı suallara görə bundan sonra Norveç kral evini rəsmi olaraq təmsil etməyəcək. Şahzadənin sözlərinə görə, qərarı valideynləri ilə məsləhətləşərək “kral evində sülh yaratmaq üçün” qəbul edilib. Norveç taxt-tacına dördüncü varis olan 50 yaşlı şahzadə iyun ayında özünü şaman və müalicəçi kimi […]

Dünya

Vupi Qoldberq “Twitter”i tərk etdi: “Ora “bardak”dır, bezmişəm”

“Oskar” mükafatçısı, amerikalı aktrisa Vupi Qoldberq “Twitter”dən ayrılıb. Aktrisa İlon Maskın satın almasından sonra “Twitter”in “bardak”a çevrildiyini, özbaşınalığın hökm sürdüyünü iddia edib. O, bu barədə ABC telekompaniyasının “The View” tok-şousunda iştirakı zamanı məlumat verib. “Bəzi şeylərin bloklanmasından, sonra isə icazə verilməsindən bezmişəm. Əgər hər şey kifayət qədər normallaşsa və özümü daha rahat hiss etsəm, o […]

İdman

Ukraynada bütün futbol matçları günorta saatlarına keçirilib

Ukrayna Premyer Liqası elektrik enerjisinə qənaət etmək üçün axşam saatlarında futbol matçlarının keçirilməsindən imtina edib. Bu barədə Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi məlumat yayıb. Bildirlib ki, yerli vaxtla saat 13:00 və 15:00-da başlaması planlaşdırılan oyunlar saat 12:00 və 14:00-a keçirilib. Saat 17:00-da başlayacaq matçlar isə ilin qalan hissəsi ərzində ləğv edilib. Qeyd edək ki, hələ […]

Dünya

Roma Papasının Rusiya və Ukrayna arasında əsir mübadiləsində rolu ortaya çıxdı

Roma Papası Fransisk Rusiya və Ukrayna ordusunun əsirlərinin azad edilməsi və onların dəyişdirilməsi prosesində iştirak edir. Bu barədə məlumatı “Askanews” Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyevlə müsahibəsi çərçivəsində açıqlayıb. “Rusiya tərəfindən ukraynalı hərbi əsirlərin azad edilməsi və ya dəyişdirilməsi həmçinin Roma Papası Fransiskin bizə mütəmadi olaraq göndərdiyi siyahılar nəzərə alınmaqla da həyata keçirilir”, – deyə diplomat […]

Dünya

Şotlandiyalı deputat Britaniya parlamentini “dünyanın ən mavi parlamenti” adlandırdı – FOTO

Şotlandiya Milli Partiyasının (SNP) deputatı Con Nikolson Britaniya parlamentində krallığın gənclərinin nümayəndələri qarşısında çıxış edərək qanunverici orqanının “dünyanın ən mavi parlamentinə” çevrildiyini bəyan edib. Onun sözlərinə görə, bu, xüsusən də qeyri-ənənəvi oriyentasiyaya malik SNP deputatlarının çoxluğu səbəbindən baş verib. “Mən öz homoseksuallığını açıq şəkildə bəyan edən ilk BBC aparıcısı olmuşam. Bu, cəmiyyətdə əsl dəhşətə səbəb […]