Cəmiyyət

Cəlilabadda naməlum sürücü azyaşlını vurub

Cəlilabadda azyaşlı piyadanı vuran avtomobil, hadisə yerindən qaçıb. APA xəbər verir ki, hadisə Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında baş verib. Hələ ki, avtomobilin sürücüsü müəyyən olunmayıb. 2014-cü il təvəllüdlü Əli Elvin oğlu Novruzzadə ağır vəziyyətdə ətrafdakı şəxslərin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Avtomobilin və sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri […]

Cəmiyyət

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var – FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var. “Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Şilyan kəndi ərazisindən keçən hissəsində qeydə alıb. Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində rayonun Şilyan kənd sakini, 7 yaşlı Məcidova Arzu Vidadi qızı, Bakı sakini 9 yaşlı Məcidov Məcid İsmayıl oğlu, və Bakı sakini, 12 yaşlı […]

Dünya

Ərdoğan NATO-nun Baş katibi ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb. Ərdoğan ilə Stoltenberq arasında görüş mətbuata qapalı olaraq Dolmabahçe İş Ofisində baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yens Stoltenberqi qəbul edib. Görüşdən sonra Ərdoğan və Stoltenberqin mətbuata açıqlama verəcəyi gözlənilir. Mənbə: A Haber Xeberal.az

Cəmiyyət

İranda “soyuq külək əsir”, xalq ayağa qalxıb – İCMAL + FOTO

Güney azərbaycanlı fəallar Tehran hökumətindən milli zəmində ayrı-seçkilik siyasətinə, Azərbaycan sərvətlərinin talanmasına və insan haqlarının pozulmasına son qoyulmasını tələb edirlər. “Report” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. Bildirilib ki, “Qırx Metir” məhəlləsində bir qrup milli fəal aksiya keçirib. Onlar Azərbaycan türkcəsində “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi”, “Azadlıq, Ədalət, Milli hökumət”, “millətlərə istiqlal, […]

Cəmiyyət

Zakir Həsənov Ermənistanla sərhədə getdi – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Zakir Həsənov Ermənistanla sərhədə getdi. Müdafiə naziri orduya tapşırıqlar verib. Türkiyə-Gürcüstan sərhədində tıxac yarandı. Problem ölkəmizə gələn yük maşınlarına da təsir etdi. Göyçayda 14 yaşlı qız üçün keçiriləcək toyun qarşısı alındı. Valideynlər izahat verdilər.   Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Tibb Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Azərbaycan Tibb Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününün 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, öncə tədbir iştirakçıları Azərbaycan Tibb Universitetində şəhid məzunların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə güllər qoyublar. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. […]

Siyasət

Prezident İlham Əliyev Zirədə zeytun ağacı əkib

Azərbaycan Prezidenti İlham Əliyev Zirə qəsəbəsində zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun ərazisində zeytun ağacı əkib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun […]

Siyasət

Fuat Oktay: “Təklif etdiyi sülh sazişinin konstruktiv qarşılanmasında Azərbaycanın yanındayıq”

“Məqsədimiz davamlı sülh və etimadın bərqərar olması, mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafın sürətləndirilməsidir”. Bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə İş Forumundan çıxışı zamanı bildirib. “İllərlə minalanmış torpaqlara gələcəyin toxumlarını səpirik. Biz uğur, sülh və inkişafın dastanını yazırıq”, – deyə Fuat Oktay qeyd edib. “Məqsədimiz davamlı sülh və etimadın bərqərar olması, mehriban qonşuluq […]

Dünya

G7 ölkələri İranı məsuliyyətə cəlb edə bilər

G7 xarici işlər nazirləri İranı məsuliyyətə cəlb etmək istəyir. Buna səbəb kimi 2020-ci ilin yanvarında İran tərəfindən “Boeing” təyyarəsinin vurulmasıdır. Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd edilib. Bəyanatda həmçinin İran dövlətlərə və qeyri-dövlət subyektlərinə pilotsuz təyyarələrin ötürülməsində ittiham olunub. Həmçinin, həbs olunan etirazçıların azad edilməsi ilə bağlı İrana çağırış edilib. G7-nin […]