Cəmiyyət

İsmayıllıda 37 yaşlı qadın intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.  Lent.az xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. Kənd sakini, 37 yaşlı Aysel Əhmədova yaşadığı evdə özünü asıb.  İntiharın səbəbləri məlum deyil.  Faktla bağlı rayon Prokurorluğunda araşdırılma aparılır.  Xeberal.az

İdman

Mundiala aparılmayan olimpiya çempionu: “Federasiya bizə şərait yaratmır”

Azərbaycan taekvondoçusu Radik İsayev Meksikanın Qvadalaxara şəhərində keçiriləcək dünya çempionatı üçün milli komandanın heyətinə salınmamasına münasibət bildirib. O, “Report”a açıqlamasında buna heç bir izah tapa bilmədiyini söyləyib. 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu olmuş idmançı mundialdan kənarda qalmasında federasiyanı günahlandırıb. Titullu taekvondoçunun sözlərinə görə, onunla yanaşı, 87 kq-da mübarizə aparan Milad […]

Siyasət

Fransanın müstəmləkələrin qanı üzərində qurulmuş “azadlığı, bərabərliyi və qardaşlığı” – FOTO

Fransanın milli şüarı olan “Azadlıq, bərabərlik və qardaşlıq” bu ölkə haqqında çox yanlış assosiasiyalar yaradır və fikirlər formalaşdırır. Bu sözlər Böyük Fransa İnqilabı dövründən yaranıb, lakin bu ölkənin müstəmləkəçilik siyasəti tamamilə bunun əksi – köləlik, qaniçənlik və qəddarlıq üzərində qurulub. “Report” xəbər verir ki, zaman belə müstəmləkəçi Fransanın cinayətləri ilə üzləşən afrikalıların yaralarını sağalda bilməyib. […]

Dünya

Putin G20 sammitində iştirak edərsə, Zelenski tədbirə qatılmayacaq

Rusiya Prezidenti Vladimir Putin İndoneziyada baş tutacaq Bpyük iyirmilik (G20) sammitində iştirak edərsə, onun ukraynalı həmkarı Volodimir Zelenski tədbirə qatılmayacaq. Bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat verib. “Mən G20 sammitində başqalarının iştirakını izləmirəm. Lakin mənim şəxsi mövqeyim və Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri orada olacaqsa, Ukrayna iştirak etməyəcək. Görək, necə […]

Cəmiyyət

Bakıda toy zamanı şadlıq evində yanğın baş verib – FOTO

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb. APA xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb. “Millenium” şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib. Şadlıq sarayında toy mərasiminin iştirakçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin […]

Cəmiyyət

DTX-nin Akademiyasında “Zəfər Günü”nə həsr olunmuş konfrans keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında “Zəfər Günü”nə həsr olunmuş “Zəfərdən zəfərə, Azərbaycan!” adlı respublika elmi-praktik konfransı keçirilib. Bu barədə Oxu.Az-a DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər […]

İdman

Almaniya millisinin aparıcı hücumçusu dünya çempionatını buraxacaq

Almaniya millisinin və “Leyptsiq”in futbolçusu Timo Verner bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununda sıradan çıxan 26 yaşlı hücumçunun zədəsi ciddidir. Xeberal.az

Cəmiyyət

Şəhərin düz mərkəzində hər an kimsə ölə bilər – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Türkiyəli general Zakir Həsənovla birgə cənub bölgəsinə getdi. Bəxtiyar Ersay Xüsusi Təyinatlı Qüvvələrin ötən gündən sərhəddə başlayan təlimlərini izlədi. İrəvan Bakının şərtlərini qəbul edəcək. Erməni politoloq sülh müqaviləsi ilə bağlı daha nələri açıqladı? Pakistanın eks baş nazirinə sui-qəsd edildi. İmran Xan ayağından güllələndi. Şəhərin düz mərkəzində hər an kimsə […]

Cəmiyyət

Konstitusiya Məhkəməsi mirasın qəbulu məsələsi ilə bağlı qərar qəbul edib

Mülki Məcəlləyə görə, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi müddəti 6 aydır və müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Oxu.Az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında baxdığı iş üzrə qəbul etdiyi qərarda qeyd olunub. Qərarda həmçinin vurğulanıb ki, fəaliyyət qabiliyyəti olmayan və […]

Cəmiyyət

Azərbaycanda körpə doğuşda öldü, məşhur ginekoloqa cinayət işi açıldı

Azərbaycanda doğuş zamanı körpə ölüb. Lent.az xəbər verir ki, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Burada rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub. Məlumata görə, körpənin həkim səhlənkarlığından öldüyü bildirilir. Belə ki, zərərçəkmiş şəxsin iddiasına görə, doğuşu həyata keçirən ginekoloq şəxsən tam olaraq, […]