Dünya

Britaniya Müdafiə Nazirliyi: “Rusiyada çağırışçılara köhnəlmiş silahlar təhkim edilir”

Səfərbərliklə Rusiya ordusunun sıralarına qoşulan çağırışçılara köhnəlmiş silahlar təhkim edilir. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi gündəlik hesabatında yazılıb: “Bu, 1960-cı illərin əvvəllərində SSRİ tərəfindən istifadəyə verilmiş AKM (modernləşdirilmiş Kalaşnikov avtomatı) avtomatlarıdır. Sözügedən silah ehtiyatları anbarda qalıb və onların bir çoxunun saxlanılma şəraitinin pis olması səbəbindən yararsız vəziyyətə düşməsi ehtimal edilir”. Qeyd edək ki, Rusiya Prezidenti […]

Dünya

İranda professor hökumət qüvvələri tərəfindən oğurlandı – FOTO

İranın genetika professoru hökumət qüvvələri tərəfindən oğurlanıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. 85 yaşlı professor Daryuş Fərhudun “Instagram” səhifəsinin paylaşımına görə, alim səhər saat 05:55-də evindən qaçırılıb və hələlik onun haqqında heç bir məlumat yoxdur. Professor Fərhud bir müddət öncə parlamentin abortu qadağan edən qanun layihəsini tənqid etmiş və bunun insan hüquq və ləyaqətinə […]

Dünya

İngiltərədə illər öncə görünən qorxulu varlıq yenidən peyda oldu: insanlar təşvişə düşdü – FOTO

İngiltərədə ilk dəfə 1980-ci ildə meşədə görünən qorxulu varlıq 42 il sonra yenidən peyda olub. Əksər insanların inandığı varlıqla bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, onun görüntüsünü əks etdirən foto narahatlıq yaradıb. İngilislərin irəli sürdüyü iddiaya görə, meşədə yaşayan və gözlərinin altı qara olduğu üçün “Qara gözlü uşaq” adlandırılan varlıq ilk dəfə 1980-ci ildə […]

Dünya

Çikaqoda Zelenski imzası olan Ukrayna bayrağı satıldı

Çikaqoda keçirilən xeyriyyə hərracında Ukrayna bayrağı 69 min dollara satılıb. Bu barədə ukraynalı jurnalist Natalya Ostrovskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Bayrağın üzərində Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Milli Qvardiyanın komandanı və “Azovstal”ın müdafiəçiləri öz imzalarını qoyublar. “Ukrayna bayrağı üçün 69 000 dollar! Çikaqo, dəstəyinizə və köməyinizə […]

Dünya

Afrikanın ən yüksək dağındakı yanğın 10 gündür davam edir

Son on gündür ki, yanğınsöndürənlər Afrikanın ən hündür dağı Kilimancaronun cənub tərəfində meşəlik ərazini bürüyən yanğının öhdəsindən gələ bilmirlər. Dörd min metr hündürlükdə dağda yanğının başlaması faktı ilk dəfə oktyabrın 21-də məlum olub. Hazırda 500-ə yaxın yanğınsöndürən fəlakətlə mübarizə aparır. Bundan əlavə, yanğın dağın cənub hissəsində yerləşən episentrdən şərq tərəfə keçərək, tədricən Mavenziyə yaxınlaşıb. Hazırda […]

Cəmiyyət

Oğuzda minik avtomobili yol kənarındakı ağaca çırpıldı

Oğuz rayonunun Bayan kəndində “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sürücü müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili […]

Dünya

Peskov Putinin oxşarından danışdı

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun bəyanatına aydınlıq gətirib. Kremlin mətbuat katibi Putinin öz oxşarından istifadə etməsi barədə Budanovun açıqlamasını cəfəngiyyat adlandırıb. “Bunu necə şərh etmək olar? Cəfəngiyyat kimi!”, – Peskov bildirib. Xatırladaq ki, Budanov “Daily Mail”ə müsahibəsində Putinin oxşarlarından bəhs edib. Qeyd edək ki, […]

Dünya

İlon Mask “Twitter”in direktorlar şurasını buraxdı

İlon Mask “Twitter”in doqquz nəfərdən ibarət idarə heyətini ləğv etdikdən sonra sosial şəbəkənin yeganə rəhbəri olub. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının oktyabrın 31-də yaydığı bəyanatda məlumat verilib. Qeyd olunub ki, komissiya Maskın qərarını rəsmən təsdiqləyib və direktorlar şurasının bütün üzvlərinin artıq öz vəzifələrindən kənarlaşdırıldığını bildirib. Milyarderin ilk addımlarından biri “Twitter”in qurucusu Cek […]

Dünya

İranda etirazçılar elmi-dini təhsil mərkəzinə od vurdular – FOTO

Tehranın Baqeri qəsəbəsində molla rejiminə qarşı qəzəbli kütlə elmi-dini təhsil mərkəzinə “Molotov kokteyli” ataraq od vurublar. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.   İranın Təbriz şəhərində də etirazlar davam edib. Etirazçılar “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq (əsgəriyik)!” şüarlarını səsləndiriblər.   Xeberal.az

Dünya

Tanınmış əfqan aparıcının qiyafəsini dəyişməsi müzakirələrə səbəb oldu – FOTO

Əfqanıstanın “Shamshad News” telekanalının aparıcısı Məhəmməd Kamalın qiyafəsini dəyişib ənənəvi puştun milli geyim tərzinə keçməsi və saqqal uzatması ölkədə birmənalı qarşılanmayıb. Məhəmməd Kamalın yayılan son fotosu Əfqanıstanın sosial şəbəkə seqmentinin ən çox müzakirə edilən mövzusuna çevrilib. Qeyd edək ki, M.Kamal əvvəlki hökumətin dövründə “Taliban” təşkilatının sərt tənqidçilərindən biri olub. Lakin hazırda jurnalist Əfqanıstanda hakimiyyətə gələn “Taliban” […]