Dünya

Ronaldudan etiraf: “Mükafatlardan ötrü darıxmağa başlamışam”

“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronalduya milli komandaların ən yaxşı bombardiri mükafatı təqdim olunub. Mükafatlandırma mərasimindən sonra 37 yaşlı hücumçu jurnalistlərlə duyğularını bölüşüb: “Mən çox məmnunam. Artıq mükafatlar üçün darıxmağa başlamışam. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm”. Qeyd edək ki, K.Ronaldu 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırdığını […]

Cəmiyyət

Şabranda avtomobillər toqquşub, ölən və yaralanan var

Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb. Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin – Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində […]

Cəmiyyət

Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. Bu barədə “Report”a bəstəkar özü məlumat verib. 19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib. O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə […]

Dünya

İranda etirazçılar polis idarəsini yandırıblar – VİDEO

İranda etiraz aksiyaları davam edir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər, polislə toqquşmalar baş verib.  Sosial şəbəkələrdə yayılan yeni videoda isə qəzəbli etirazçıların polis idarəsinə hücum edərək binaya od vurduqları əks olunub.  Xatırladaq ki, sentyabrın 16-da İranın Kürdüstan əyalətinin sakini Məhsa Əmini xəstəxanaya yerləşdirildikdən sonra komaya düşüb və beyni fəaliyyətini dayandırdığı üçün həyatını itirib. Hadisə şahidləri jurnalistlərə bildiriblər ki, […]

Siyasət

Ceyhun Bayramov Nyu-Yorkda üç ölkədən olan həmkarı ilə görüşdü – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Monqolustanın xarici işlər naziri Battsetseq Batmunx, Suriya Ərəb Respublikasının xarici işlər və xaricdə yaşayan suriyalılar üzrə naziri Fayssal Mekdad, Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə görüşlər keçirib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat […]

Cəmiyyət

Ağdam sakinindən külli miqdarda narkotik aşkarlanıb – FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Polad Abdullayev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış […]

Cəmiyyət

Azərbaycanda yüksək vəzifəli şəxs qəfil öldü

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəisi Elçin Mirzəxanov dünyasını dəyişib. Oxu.Az-ın əldə etdiyi məlumata görə idarə rəisi yatıb oyanmayıb. İlhamə Əbülfət Xeberal.az

Cəmiyyət

Bakıda avtomobil gənc oğlanı vurub

Bakının Nəsimi rayonunda 18 yaşlı oğlanı avtomobil vurub. “Report” xəbər verir ki, 2004-cü il təvəllüdlü İbrahimov Elmir Vüsal oğlu yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır. Xeberal.az

İdman

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq. Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək. Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə […]