Cəmiyyət

Şabranda avtomobillər toqquşub, ölən və yaralanan var

Sharing is caring!

Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 21-i saat 23 radələrində qeydə alınıb.

Qəza nəticəsində “Nissan” markalı avtomobildə olan sərnişin – Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir