Siyasət

Hərbi əməliyyatların bərpası ehtimalı, qlobal maraqların Cənubi Qafqazdakı əks-sədası – TƏHLİL

Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı regional perspektivin və bölgənin siyasi xəritəsinin Ermənistanın davranış kodeksindən asılı olduğu mesajının bəyanı kimi şərh edilə bilər. İlham Əliyevin qeyd etdiyi tezislər Azərbaycan Ordusunun sentyabrda Ermənistanın sərhəd təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatlardan sonra yaranan konfiqurasiyanı detallı olmasa da, ümumi şəkildə canlandırır. Prezidentin dediklərini sərhəddəki hərbi eskalasiyanın konseptual nəticələri […]

Siyasət

Ali Radanın deputatı: “Ukrayna xalqı dəstəyə görə Azərbaycana minnətdardır”

“Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar. Bu, 2020-ci il sentyabrın 14-də təsdiq edilmiş Milli Təhlükəsizlik Strategiyasında, həmçinin iki ölkənin prezidentləri – İlham Əliyev və Volodimir Zelenski arasında 2022-ci il yanvarın 14-də imzalanmış strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannamədə öz əksini tapıb”. Bunu “Report”un Şərqi Avropa bürosuna açqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından olan […]

Dünya

İranlı general Azərbaycanı təhdid etdi – VİDEO

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib. Bu barədə “Twitter”də video paylaşılıb. Baqiri çıxışında Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə Azərbaycanı təhdid edib. O bildirib ki, sərhəd dəyişikliyi olarsa, sakit oturmayacaqlar. İran’dan yine tahdit İran Silahlı küvetler komutanı General Bageri ,bugün 22Eylül Silahlı kuvvetlerinin geçit töreninde yaptığı konuşmada, […]

Cəmiyyət

Niyə məktəblərdə dərsliklər çatışmır? – AÇIQLAMA

Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb. Oxu.Az-ın məlumatına görə, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yarandığını bildirirlər.  Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.  Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, […]

Cəmiyyət

Sabah dörd rayonda qaz olmayacaq

Sabah dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və “Şəki Kərpic zavodu” […]

Dünya

Bayden səhnədə “gözəgörünməz”lə sağollaşmaq istədi – VİDEO

ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda keçirilən Qlobal Fondun yeddinci konfransında çıxış edib. Konfrans fondun ehtiyatlarının artırılması məsələlərini əhatə edib. Çıxışı bitdikdən sonra səhnədən enmək istəyən ABŞ lideri qısamüddətli çaşqınlıq yaşayıb. O, əllərini havaya qaldırıb və səhnədə sanki kimsə varmış kimi sağollaşmaq istəyib. Daha sonra digər tərəfə dönüb və çaşqınlıqla baxmağa başlayıb. “Çox sağ olun, cənab prezident!” – […]

Cəmiyyət

Azərbaycanda direktor müəllimi döydü

Goranboy rayonunda məktəb direktoru müəllimə xəsarət yetirib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kələk kənd tam orta məktəbində baş verib.  Belə ki, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna […]

Cəmiyyət

Tovuzda yanacaqdoldurma məntəqəsinin işi dayandırıldı – FOTO/VİDEO

Tovuzda yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi […]

Cəmiyyət

Nazir: “Pandemiyanın sonuna doğru gedirik”

“Azərbaycanda koronavirusa yoluxma halları hələ də var. Lakin ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”. Bunu “Report”un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycanda yetərincə vaksin ehtiyatı var: “Bu baxımdan bu günə qədər heç bir peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”. Xeberal.az