Cəmiyyət

Niyə məktəblərdə dərsliklər çatışmır? – AÇIQLAMA

Sharing is caring!

Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yarandığını bildirirlər. 

Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan tələbat əsasında təmin edilirlər:

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir