Cəmiyyət

Qonşusunu öldürən şəxs: “Ailəmi söydü” – FOTO

Xətai rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Səxavət Mehdiyevin cinayət işi üzrə detallar məlum olub. Ölkə.Az xəbər verir ki, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Cəbrayıl rayonundan olan məcburi köçkün, 57 yaşlı Səxavət Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovu qətlə yetirib.  Keçirilən […]

Dünya

Qazaxların seçimi nə olacaq? – “Tokayevdən gözləntiləri çoxdur” – FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkisinin noyabrın 20-də keçiriləcəyini açıqlayıb. O özünün də seçkilərdə iştirak edəcəyini bildirib. Həmçinin artıq Qazaxıstanda prezidentin bir dəfə seçilməklə yeddi il səlahiyyətli olacağı diqqətə çatdırılıb. Qeyd edək ki, Qazaxıstanda sonuncu prezident seçkisi Nursultan Nazarbayevin istefası səbəbi ilə 2019-cu il iyunun 9-da baş tutub. Qanuna görə, seçkidə qalib olan […]

Siyasət

Ceyhun Bayramov: “Bizim heç bir illüziyamız yoxdur, ancaq sözümüzü deyəcəyik”

“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real” TV-yə müsahibəsində deyib. O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir. C.Bayramov vurğulayıb ki, həm Fransada, həm […]

Siyasət

XİN başçısı: “Cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır”

“Ölkəmizdəki səfirliklərin yüksək standartlarla mühafizə olunmasının təşkili Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz nümunəsidir”. Bunu “Real” TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni radikalların xarici ölkələrdə səfirliklərimizə edilən hücumlar barədə danışarkən deyib. Onun sözlərinə görə, BMT-yə daxil olan ölkələr Vyana Konvensiyasının üzvüdür və bu konvensiyaya əsasən hər bir […]

Siyasət

Ceyhun Bayramov: “Bizim yanaşmamız ABŞ tərəfindən yüksək qiymətləndirilib”

“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real” TV-yə açıqlamasında bildirib. O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir. “Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi […]

Kriminal

Arvad ərini döydü, kişi bağışladı, məhkəmə fərqli qərar verdi

Məhkəmə ərini döyən qadınla bağlı qərar verib.  Qaynarinfo xəbər verir ki, Qusarda kişi polis şöbəsinə müraciət edərək, həyat yoldaşı Solmaz (ad şərtidir) tərəfindən döyüldüyünü bildirib. Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin sahə rəisi, polis mayoru tərəfindən Solmaz barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Qusar Rayon Məhkəməsinə […]

Dünya

Britaniya 20 illik qaz sazişi bağlamağa hazırlaşır

Böyük Britaniya enerji böhranının ölkə iqtisadiyyatına təsiri ilə bağlı narahatlıqlarla əlaqədar ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə uzunmüddətli müqavilə bağlamağa çalışır. Britaniya hökuməti LNG ixracatçılarından yerli alıcıları 20 illik müqavilələr əsasında təmin etmələrini xahiş edir. Londonun hansı həcmdə qaz almaq niyyətində olduğu hələlik bəlli deyil. Liz Trass hələ Britaniyanın baş naziri seçilməzdən əvvəl demişdi […]

Dünya

Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Qismən səfərbərlik çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına çağırılan Rusiya vətəndaşları aylıq azı 205 min rubl (5,699 AZN) alacaqlar. Bu barədə Yakutiyanın (Saxa Respublikası) hərbi komissarı Aleksandr Avdonin brifinq zamanı bildirib: “Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə əsasında xidmət edən hərbi qulluqçulara bərabər tutulurlar, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda – 205 min rubldan […]

Dünya

UEFA prezidenti Rusiyaya qoyulan qadağanı şərh etdi

“Hər turnirdən əvvəl yeni qərar qəbul etməyimizə ehtiyac yoxdur”. Bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib. UEFA prezidenti Rusiya komandalarının “AVRO-2024”dən uzaqlaşdırılmasına münasibət bildirib. “Vəziyyəti nəzarətdə saxlayırıq. Bu qərar biz növbəti qərar qəbul edənə qədər qüvvədə qalacaq. Buna görə də hər turnirdən əvvəl yeni qərar qəbul etməyimizə ehtiyac yoxdur”, – deyə  Çeferin qeyd edib. Xatırladaq […]