Tədbirlər

Abşeronda növbəti vətəndaş qəbulları keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilir. Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Novxanı kəndində və Aşağı Güzdək qəsəbəsində sakinlərlə keçirilən qəbullarda RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.Sakinlərlə […]

Müsahibə

Həkim: “Qripin başlanğıcında fəsadların qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yanlışdır” – MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlarda yoluxucu xəstəliklər barədə nazirliyin mətbuat xidmətinin suallarını cavablandırıb. Oxu.Az həmin müsahibəni təqdim edir: – Əkbər müəllim, uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar hansılardır və əlamətləri nələrdir? – Hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var. Rotavirus infeksiyası […]

Müsahibə

Rəşad Rəsullu: “Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar” – MÜSAHİBƏ

“Hər cüdoçumuzun medal potensialı var, amma əyarı deyə bilmərik”. Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu “Report”a müsahibəsi zamanı deyib. Müsahibəni təqdim edirik: – Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatını üç qızıl, bir gümüş və iki bürünc medalla başa vurdunuz. Yarışdan əvvəl komandanın qarşısına hansı məqsəd qoyulmuşdu? Yığma etimadı doğrultdumu? – Milli […]

Müsahibə

Karyerasını erkən bitirən dünya çempionu: “41 yaş böyük ermənini elə məğlub etdim ki…” – MÜSAHİBƏ + FOTO

Qax şahmat məktəbi ölkəmizə güclü şahmatçılar bəxş edib. Qadınlar arasında beynəlxalq uğurlar qazanmış Aynur Sofiyeva və Xanım Balacayevanı çoxları tanıyırlar.  Azərbaycan tarixinin ən istedadlı qadın şahmatçılarından biri də Pərvanə İsmayılovadır. Təəssüf ki, Pərvanə xanım bəzi obyektiv səbəblərdən zamanında böyük istedadından tam istifadə edə bilməyib. O, hazırda doğma Qax rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbində müəllim işləyir. […]

Cəmiyyət

Bakıda yol polisi ilə sürücü arasında İNSİDENT – VİDEO

Bakı şəhərində sürücü ilə yol polisi arasında insident baş verib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.  Belə ki, yol polisi paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan sürücünü saxlayaraq, sənədləri tələb etsə də, o, buna əməl etməyib.  Nəticədə polislə sürücü arasında mübahisə yaranıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a […]

Müharibə

Putin Azərbaycan-Ermənistan sərhədindəki hadisələrə münasibət bildirdi – VİDEO

“Azərbaycan və Ermənistan arasında istənilən münaqişəli vəziyyət Rusiya Federasiyasında ciddi narahatlıq doğurur. Moskva tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır”. Bunu Rusiya Prezidenti Vladimir Putin etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxışı zamanı deyib. “Vurğulayıram ki, bizə yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə […]

Kriminal

Yeni il günü qətl törədən şəxs: “Kişilərin yanında “sənin ananı tanıyıram” dedi…”

Bakının Binəqədi rayonunda 1993-cü il təvəllüdlü Məzahir şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Azəri (adlar şərti verilib – red.) qətlə yetirib. Teleqraf.com xəbər verir ki, hadisə 31 dekabr 2021-ci ildə saat 22 radələrində “144 Tea House” adlı kafedə baş verib. Məzahir kafedə sərxoş vəziyyətdə olarkən həmin vaxt bura gələn Azəri görüb. Məzahir Azərin bir neçə […]

Siyasət

Erməni təcavüzünə möhkəm sipər

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirakı və diqqət mərkəzində olması, eləcə də mühüm bəyanatları belə deməyə zəmin yaradır ki, ölkəmiz artıq daha geniş və münbit siyasi-iqtisadi addımlarını atmaqda davamlıdır. Dövlətimizin başçısı Sammitdə çıxış edərkən bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas […]

Siyasət

Biz  beynəlxalq hüquqa və qlobal təhlükəsizlıyə tərəfdarıq

        Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 16 sentyabr tarixində keçirilmiş Sammitində Ermənistan tərəfindən  Azərbaycana qarşı törədilmiş genişmiqyaslı təcavüzkar və qanlı təxribatlar, yaranmış reallıqlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb.  O, qeyd edib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin qələbəmizlə həlli nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Təbii ki, söhbət […]

Müharibə

“Qarabağ xronikası”: Ermənistanın məhv edilən hərbi potensialı – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin növbəti buraxılışı təqdim olunub. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlar keçirdiyi hərbi postlardan bəhs edib. O bildirib ki, Azərbaycan Ordusunun cavab tədbirləri çərçivəsində Gorus şəhəri və ermənilərin Kaxnut adlandırdıqları Novruzlu yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus S-300 zenit raket kompleksinin 2 […]