Dünya

Avropa İnsan Hüquqları Məhkəməsinə ilk dəfə qadın prezident seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinin yeni prezidenti məlum olub. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İrlandiyalı hakim Siofra O’Liri məhkəmənin yeni Prezidenti seçilib. O, qurumun ilk qadın rəhbəri olaraq bu vəzifədə islandiyalı Robert Spanonu əvəz edəcək. O’Liri vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq. Qeyd edək ki, yeni Prezident cari ilin yanvar ayından […]

Siyasət

İsveçdə Ermənistanın təcavüzkar siyasətini ifşa edən məlumatlandırıcı aksiya təşkil edildi – FOTO

İsveçin Höteborq şəhərində ölkəmizin sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması məqsədilə məlumatlandırıcı aksiya keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin gerçəkləşdirdiyi aksiya zamanı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti və silsilə xarakteri alan hərbi təxribatlarını əks etdirən məlumat vərəqləri yerli […]

Cəmiyyət

“Location”da partlayışla bağlı təqsirləndirilənlərə cəza istənildi

Prokuror Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulovun 7 il 6 ay, Orxan Səfərli və Ruslan Məmmədovun isə 5 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib. “Report” xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib. Qeyd […]

Siyasət

Sahibə Qafarova Britaniya Kraliçasının vida mərasimində iştirak edib – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının vida mərasimində iştirak edib. Oxu.Az xəbər verir ki, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib. Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə […]

Cəmiyyət

Səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının gücləndirilməsinin yeni perspektivləri

Səhiyyə Nazirliyində Azərbaycanda üçgünlük işgüzar səfərdə olan Litvanın səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene ilə görüş keçirilib. Görüşdə həmçinin Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas da iştirak edib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları […]

MARAQLI

ABŞ-ın Ermənistanı dəstəkləmə SƏBƏBİ və Rusiyanın atacağı ADDIM: Ermənistanı nə gözləyir? – MÜSAHİBƏ

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son 30 ildə aparılan danışıqlar prosesi göstərdi ki, bölgədə marağı olan ölkələr bu konfliktin dondurulmuş vəziyyətdə saxlanılmasını istəyiblər və region ölkələrinə təsir aləti kimi istifadə ediblər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlarda əsas vasitəçi mandatına sahib olan ATƏT-in Minsk qrupunun üç həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, ABŞ və Fransa […]

Cəmiyyət

Səlim Müslümovun məhkəməsində şahidlər dindiriliblər

“Hazırda gözəllik salonunda işləyirəm”. “Report” xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclasında şahid Könül Xudiyeva deyib. O bildirib ki, “Röya 2014”, “İnci” və “Buğday 2014” adlı MMC-lər yaradaraq tenderlərin qalibi olub: “Hazırda gözəllik salonunda işləyirəm. Bu şirkətləri […]

İqtisadiyyat

Azərbaycanın xarici borcunun artması niyə yaxşıdır? – RƏY + FOTO

Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair yaydığı məlumata əsasən, növbəti ilin büdcə gəlirləri 30 milyard 720 milyon manat təşkil edəcək. Bu, cari ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 faiz və ya 1 milyard 522 milyon manat çoxdur. Dövlət xərclərinin isə 33 milyard 300 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da […]

Dünya

İsrail Türkiyəyə səfir təyin etdi

İsrail Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ankaraya yeni səfir təyin edib. Bu münasibətlə İrit Lillianın Ankaraya səfir olaraq göndərilməsinə qərar verilib. İsrail Xarici İşlər Nazirliyi Lillianın İsrailin Türkiyədəki səfiri vəzifəsinə təyin olunmasını təsdiqləyib. İki ölkə arasında münasibətlərin normallaşması zamanı və ondan əvvəl Lillian İsrailin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili olub. Mənbə: Haber Global Xeberal.az