Cəmiyyət

Goranboyda güclü külək fəsadlar törətdi – FOTO/VİDEO

Goranboy rayonunda küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb. “Report”un məlumatına görə, təbii hadisə nəticəsində rayonun Balakürd kəndində iri gövdəli qovaq ağacı aşıb. Ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolun təmizlənməsindən sonra avtomobillərin hərəkəti normallaşıb. Küləkli hava şəraiti səbəbindən rayonun Məşədiqaralar, Boluslu kəndlərində və […]

Cəmiyyət

Tovuzda maşın ağaca çırpıldı: Xəsarət alan var – FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Təyyarədə qəza zamanı sağ qalmağın incə qaydası: “Təhlükəsiz quyruq” ölümdən xilas edir? – FOTO

Təyyarədə ən az dinamik yükə məruz qalan yerlərdə oturan insanın qəza baş verəcəyi təqdirdə sağ qalma şansı çoxdur. Bu barədə rusiyalı aviasiya mühəndisi, konstruktor Viktor Pryadka danışıb. Mütəxəssis təyyarə salonunun quyruq hissəsində yerləşən oturacaqlar üçün aviabilet almağı tövsiyə edir. Onun sözlərinə görə, qəzalı eniş zamanı və ya uçuşda fövqəladə vəziyyət yaranarsa, təyyarənin məhz bu hissəsi […]

Dünya

Nigeriyada yüzə yaxın terrorçu çayda boğuldu

“Boko Haram” terror təşkilatının yüzə yaxın silahlısı Nigeriyanın şimal-şərqinə doğru irəliləyən Hərbi Hava Qüvvələri və hökumət qoşunlarının hücumlarından qaçmağa çalışarkən çayda boğulub. Bu barədə bazar ertəsi Afrika ölkəsinin təhlükəsizlik xidməti məlumat yayıb. Yaraqlılar sentyabrın ilk günlərində Borno əyalətindəki güclü axını ilə seçilən Yezaram çayını keçməyə cəhd edərkən boğulublar. Terrorçuların qaçışı Nigeriya Hərbi Hava Qüvvələrinin onların […]

Dünya

Dima Bilan pələngi himayəsinə götürdü

Rusiyalı müğənni Dima Bilan Moskva zooparkından pələngi himayəsinə götürüb. Bu barədə musiqiçi Vladivostokda keçirilən pələng populyasiyasının qorunması üzrə II Beynəlxalq Forumda müsahibəsi zamanı bildirib. “Mən Moskva Zooparkının dostuyam və orada olanda pələngin balası dünyaya gəldi. Mənə onu himayəyə götürmək təklif olundu”, – deyə ifaçı bildirib. Bilan əlavə edib ki, heyvanın yaxşı görmədiyini biləndə dərhal himayədarlıq […]

Dünya

Kanadalı müğənni solo konsertində anidən səsini itirdi: “Bu məni öldürür, şounu dayandırmaq istəmirəm” – VİDEO

32 yaşlı kanadalı müğənni The Weeknd (əsl adı – Eybel Tesfaye) Los-Ancelesdə solo konsertində anidən səsini itirib. Onun konsertin əvvəlində səsi batıb. Sənətçi “Alone again” adlı ilk mahnısını ifa edərkən səsində problemlər yaşamağa başlayıb. Lakin ifasını davam etdirib. İkinci kompozisiyasının ifası zamanı isə səhnəni tərk edib. Bir müddət sonra The Weeknd yenidən 70 min tamaşaçı […]

Dünya

İsveçin baş naziri səhvən başqa Lizi təbrik edib

İsveçin Baş naziri Maqdalena Andersson rəsmi “Twitter” səhifəsində Liz Trassı Böyük Britaniyanın Baş naziri təyin olunması münasibətilə təbrik edib. Lakin o, təbrik yazısında Mühafizəkarlar partiyasının yeni seçilmiş lideri və Nazirlər Kabinetinin yeni rəhbəri Liz Trassı deyil, onun naməlum adaşı, Liz Trassellin səhifəsini işarələyib. Bir müddət sonra paylaşımdakı @liztruss işarəsi @trussliz olaraq dəyişdirilib. Mənbə: TASS Xeberal.az

Dünya

Koronavirusun müalicəsində yeni üsul: İynəsiz vaksin təsdiqləndi

Çin yeni COVID-19 vaksinini təsdiqləməyə qərar verib. Yeni vaksin iynəsizdir və burundan nəfəs alaraq tətbiq edilir. “CanSino Biologics” tərəfindən hazırlanan vaksinin iynəli COVID-19 vaksinlərindən qorxanlar üçün alternativ olacağı gözlənilir. Çin hökumətinin verdiyi qərardan sonra “CanSino Biologics”in səhm dəyəri 14,5 faiz artıb. Eyni zamanda bu vaksinin insanlar üzərində sınaqdan keçirildiyi və müsbət nəticələr verdiyi bildirilib. Burundan […]

Dünya

“Eurokoin” göstəricisi son yeddi ayda ən aşağı səviyyəyə düşdü

Avropanın mövcud iqtisadi vəziyyətini göstərən “Eurokoin” göstəricisi son yeddi ayın ən aşağı səviyyəsinə düşüb. Bu barədə İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (CEPR) və İtaliya Mərkəzi Bankı hesabat təqdim edib. Hesabata görə, avqustda “Eurokoin” indikatoru 0,38-dən 0,23-ə enib. Beləliklə, indeks 2022-ci ilin yanvarında 0,01 səviyyəsindən sonra ən aşağı səviyyəyə enib. Mənbə: CNNTürk  Xeberal.az

Dünya

Yaponiyada faciə: Avtobusda unudulan uşaq günvurmadan öldü

Yaponiyada üç yaşlı qız avtobusda vəfat edib. İlkin məlumata görə, nəqliyyat vasitəsində unudulan körpə orada altı saat qalıb. Belə ki, Tina Kavamoto digər uşaqlarla birgə bağçaya gedən avtobusa minib. Bağçaya çatanda o, nəqliyyat vasitəsindən çıxmayıb və tərbiyəçilərdən heç biri bunun fərqinə varmayıb. Uşaqlar evə qayıtmaq üçün avtobusa minəndə Tinanı orada huşsuz halda görüblər. Hadisə yerinə […]