Dünya

Dima Bilan pələngi himayəsinə götürdü

Sharing is caring!

Rusiyalı müğənni Dima Bilan Moskva zooparkından pələngi himayəsinə götürüb.

Bu barədə musiqiçi Vladivostokda keçirilən pələng populyasiyasının qorunması üzrə II Beynəlxalq Forumda müsahibəsi zamanı bildirib.

“Mən Moskva Zooparkının dostuyam və orada olanda pələngin balası dünyaya gəldi. Mənə onu himayəyə götürmək təklif olundu”, – deyə ifaçı bildirib.

Bilan əlavə edib ki, heyvanın yaxşı görmədiyini biləndə dərhal himayədarlıq təklifini qəbul edib. “Təbii ki, bunu böyük məmnuniyyətlə etdim, xüsusən də onun görmə problemi olduğunu, katarakta ilə doğulduğunu öyrənəndə. O, ancaq siluetləri görürdü”, – deyə o əlavə edib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir