Dünya

Nigeriyada yüzə yaxın terrorçu çayda boğuldu

Sharing is caring!

“Boko Haram” terror təşkilatının yüzə yaxın silahlısı Nigeriyanın şimal-şərqinə doğru irəliləyən Hərbi Hava Qüvvələri və hökumət qoşunlarının hücumlarından qaçmağa çalışarkən çayda boğulub.

Bu barədə bazar ertəsi Afrika ölkəsinin təhlükəsizlik xidməti məlumat yayıb.

Yaraqlılar sentyabrın ilk günlərində Borno əyalətindəki güclü axını ilə seçilən Yezaram çayını keçməyə cəhd edərkən boğulublar.

Terrorçuların qaçışı Nigeriya Hərbi Hava Qüvvələrinin onların Sambisa meşəsindəki mövqelərinə kütləvi zərbələrindən sonra başlayıb. Çaya yaxınlaşarkən silahlılar hökumət qüvvələrinin pusqusuna düşüb. Nəticədə, onların geri çəkilmələri mümkün olmayıb.

Qeyd edək ki, Qərbi Afrikadakı ən böyük terror qruplaşması olan “Boko Haram” 2002-ci ildə Nigeriyanın şimalında yaranıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir