MARAQLI

Nigeriyada toydan sonra bəy də daxil olmaqla altı nəfər komaya düşüb öldü – FOTO

Nigeriyada toy mərasimi faciə ilə yekunlaşıb. Belə ki, tədbirdən sonra altı nəfər dünyasını dəyişib. Ölənlər arasında bəy də var. Hadisə Enuqu şəhərində baş verib. Məlumata görə, toydan sonra bəy və gəlin qonaqları gecələməyə dəvət edib. Səhər bir neçə qonşu yeni ailə quranları təbrik etmək üçün gəlsə də, onlara qapını açan olmayıb. Bundan narahat olan qonşular […]

İdman

Neymar Messi və Ronaldunun rekordunu qırdı

Futbol üzrə Fransa çempionatının beşinci turu çərçivəsində PSJ səfərdə “Tuluza” ilə qarşılaşıb. Oyunda qonaqlar 3:0 hesabı ilə qalib gəlib. Paytaxt klubunun ilk qolunu 37-ci dəqiqədə braziliyalı ulduz hücumçu Neymar vurub. Bu qolla Neymar Lionel Messi və Kriştianuo Ronaldonu keçərək, klub və ölkə yığmasındakı ardıcıl qollarda iştirak rekordunu qırıb. Belə ki, braziliyalı klub və ya ölkə […]

Dünya

“Twitter”dəki postları redaktə etmək mümkün olacaq – FOTO

“Twitter” ödənişli abunəçilər üçün sentyabrın sonunadək təqdim edilməsi planlaşdırılan tvit redaktəsi funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu barədə şirkətin rəsmi bloqundan açıqlama verilib. Hazırda sınaqlar “Twitter” əməkdaşları arasında aparılır, lakin yaxın həftələrdə yenilikdən “Twitter Blue” xidmətinə abunə olanlar da istifadə edə biləcəklər. Tvitləri redaktə etmək üçün bir sıra məhdudiyyətlər olacaq: Məsələn, tvit dərc edildikdən sonra 30 […]

MARAQLI

Gənc sevgilisi botoksa görə Şeron Stoundan ayrılıb – FOTO

64 yaşlı Şeron Stoun şəxsi həyatından xoşagəlməz əhvalatı sevənləri ilə bölüşüb. Belə ki, məşhur aktrisa gənc sevgilisinin onu botoks iynəsindən imtina etdiyi üçün tərk etdiyini bildirib. O, etiraf edib ki, üç yüzdən çox “gözəllik iynəsi” vurdurub, lakin 2001-ci ildə baş verən mikroinsultdan sonra öz sağlamlığı üçün plastik cərrahiyyə ilə bağlı fikirlərini dəyişib. Aktrisanın son münasibəti […]

Dünya

“FTB”nin xüsusi agenti vəfat etdi

“FTB” televiziya serialında xüsusi agent Tom Kolbi obrazını canlandıran aktyor Uilyam Reynolds vəfat edib. Aktyor altı mövsüm ərzində serialda xüsusi agenti canlandırıb. Onun pnevmoniyadan ağırlaşaraq vəfat etdiyi bildirilir. Reynoldsun oğlunun sözlərinə görə, atasının ölümü COVID-19-la bağlı deyil. Mərhum aktyorun 90 yaşı olub. Reynolds karyerasına “Universal Pictures”lə müqavilə əsasında başlayıb və “Kerri” (1952) filmində rol alıb. […]

Dünya

Türkiyədə kişi sel sularına meydan oxudu: Özünü hovuzdakı kimi hiss etdi – VİDEO

Türkiyənin Bursa şəhərinə yağan güclü yağış sel ilə nəticələnib. Sel suları müxtəlif iaşə obyektlərinin işini, nəqliyyatın hərəkətini iflic edib. Lakin təbiət hadisəsindən zövq almağı bacaranlar da olub. Bursa sakinlərindən biri palçıqlı sel suyu üzərində uzanaraq üzgüçülük məharətini nümayiş etdirib. Mənbə: İHA Xeberal.az

İdman

“Mançester Yunayted”dən ardıcıl üçüncü qələbə – VİDEO

İngiltərə Premyer Liqasında beşinci turun son matçı keçirilib. Bu mövsüm qələbəyə həsrət qalan “Lester” “Kinq Pauer” arenasında “Mançester Yunayted”i qəbul edib. Çempionata uğursuz başlasa da, son iki matçda qalib gələn “qırmızı şeytanlar”ın heyətində ulduz futbolçu Ronaldunun ardıcıl üçüncü dəfə start heyətdə yer almaması diqqətdən yayınmayıb. Portuqaliyalı yalnız matçın 68-ci dəqiqəsində oyundakı yeganə qolun müəllifi Ceydon […]

Dünya

ABŞ dollarının dəyəri son 20 ilin ən yüksək səviyyəsinə çatıb

Dolların əsas dünya valyutaları qarşısındakı dəyəri son 20 ilin ən yüksək həddinə çatıb. Belə ki, ABŞ dollarının digər altı əsas valyutalar (avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı) səbətinə nisbətini ölçən DXY indeksi sentyabrın 1-də 1,02% artaraq 109,81 bənd təşkil edib. Bu, 2002-ci ilin iyun ayından bəri göstəricinin ən yüksək qiyməti […]

Dünya

Ceyms Uebb teleskopu Günəş sistemindən kənardakı planetin şəklini çəkib

Ceyms Uebb orbital teleskopu Günəş sistemindən kənarda olan planetin ilk birbaşa təsvirini əldə edib. Bu barədə cümə axşamı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb. Məlumata görə, ekzoplanet qaz nəhəngidir və onun sərt səthi yoxdur. Planet yaşayış üçün əlverişli deyil. Söhbət 2017-ci ildə kəşf edilmiş HIP 65426 b ekzoplanetindən gedir. Onun kütləsi […]