Cəmiyyət

Siyəzəndə zəlzələ olub

Siyəzən rayonunda zəlzələ olub. Bu barədə “Report”a Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 08:02-də Siyəzən stansiyasından 21 km şərqdə, Siyəzən rayonunda qeydə alınıb. Maqnitudası 3, dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb. Xeberal.az

Cəmiyyət

Keçmiş deputat gecə ilə qanunsuz bina tikdirir – İDDİA + FOTO

Bakı şəhərində vətəndaşlar yaşadıqları evin yaxınlığında məsafə olmadan inşa edilən tikintidən narazıdırlar.  Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər müraciət ediblər. Onlar bildiriblər ki, ərazidə təhlükəsizlik qaydalarına əməl edilmədən bina inşa edilir: “Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllə ünvanında yerləşən, 19 mərtəbəli yaşayış kompleksindən üç-beş metr aralıda, qanunları və normativ aktları, eyni zamanda, tikinti, təhlükəsizlik və şəhərsalma qaydalarını […]

Cəmiyyət

Azərbaycan polisi Laçın şəhərində xidmət başında – FOTO

Bir neçə gündür, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıblar. “Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, polislər bir neçə gündür, şəhərin mərkəzində xidmət aparırlar. Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin […]

Cəmiyyət

Modern.az-ın 13 yaşı tamam oldu

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 13 ili tamam olur. Portal 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur. Portalın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, […]

Cəmiyyət

Bakıda dicey bıçaqlanıb – FOTO

Bakının Yasamal rayonunda insident zamanı bir nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində qeydə alınıb. Belə ki, restoranda dicey kimi fəaliyyət göstərən Elşən Babayevlə müştəri arasında mübahisə baş verib. Nəticədə E.Babayev bıçaqlanıb. Yaralı Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin […]

Cəmiyyət

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib – FOTO

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə iki gündür başlayan yanğın davam edir. Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov “Report”un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb. “Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 […]

Dünya

Rusiyada Çin və Hindistanın iştirakı ilə başlayan təlimlərdə Azərbaycan ekspertləri müşahidəçidirlər

Rusiyada 50 mindən çox hərbi qulluqçu, həmçinin beş mindən çox silah və hərbi texnikanın iştirak etdiyi “Vostok-2022” strateji komanda-qərargah təlimi başlayıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlimlər Şərq Hərbi Dairəsinin yeddi poliqonunda, eləcə də, Oxot dənizi və Yapon dənizinin sularında və sahil zonalarında gedir. Manevrlərə 140 təyyarə, 60 döyüş gəmisi, kater və yardımçı gəmilər […]

Dünya

ABŞ sakini lotereyada iştirak etdiyini bilmədən cekpot qazanıb

ABŞ-ın Miçiqan ştatının Oklend rayonunun sakini təsadüfən lotereyaya qatılaraq 100 min dollarlıq cekpot qazanıb. 58 yaşlı kişi uğursuz biletləri yoxlamaq üçün lotereya proqramından istifadə edib. O, bu yolla əlavə tirajda iştirak etdiyini anlamayıb. Amerikalı 100 min dollar udduğuna dair elektron məktub alanda çox təəccüblənib. “Məktubun nə olduğunu öyrənmək üçün lotereyanın qərargahına zəng etdim və ikinci […]

Cəmiyyət

Nəzarətimizə keçən Laçın şəhərinə səfər təşkil edildi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərinə jurnalistlərin səfəri baş tutub.  Oxu.Az-ın məlumatına əsasən, jurnalistlər Azərbaycan hərbçilərinin Laçın şəhərindəki xidməti ilə tanış olublar.  Hərbçilərin xidməti barədə məlumat diqqətə çatdırılıb.  Qeyd edək ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.  Həmin ərazilərdə yaşayan ermənilər keçmiş Laçın dəhlizinə alternativ yolun Azərbaycan hissəsində çəkilişi yekunlaşdıqdan […]