Cəmiyyət

Modern.az-ın 13 yaşı tamam oldu

Sharing is caring!

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 13 ili tamam olur.

Portal 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Portalın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Xəbər agentliyi bir media quruluşu olaraq ötən 13 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Oxu.Az kollektivi Modern.az-da çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir