İdman

“Real” məşqlərdə yeni texnologiya tətbiq edir – VİDEO

Madridin “Real” klubu məşq prosesində müasir texnologiyalardan istifadə edir. Sosial şəbəkələrdə komandanın son məşqlərindən görüntülər yayılıb. Burada futbolçuların cərimə zərbələrini məşq etmək üçün xüsusi “canlı sədd”dən istifadə etməsi əks olunub. Səddəki manekenlərin sayı və onların boyu tənzimlənir. Bununla yanaşı, “canlı sədd” həqiqi oyunda olduğu kimi, zərbə zamanı yuxarıya tullanır. Xeberal.az

Dünya

Rusiya məktəblilərinə sinifdə mobil telefon qadağan edilib

Rusiyada yeni sanitar qaydalar məktəblilərə sinifdə mobil telefondan istifadə etməyə icazə vermir, onlardan yalnız tənəffüs zamanı istifadə etmək olar. Bu barədə Federasiyasının təhsil naziri Sergey Kravtsov bildirib. O, belə qaydaların tətbiq edilməsini “mobil telefonların şagirdlərin diqqətini dərsdən yayındırmaması” ilə əsaslandırıb. Rusiyalı nazir vurğulayıb ki, hər hansı fövqəladə hallar olarsa, valideynlərə zəng edilərək məlumat veriləcək. Mənbə: İnterfaks […]

Dünya

Argentinada naməlum virus: Bir nəfər ölüb, dörd nəfər xəstəxanaya yerləşdirilib

Argentinanın Tukuman əyalətində naməlum virus səbəbiylə bir nəfər ölüb, daha dörd nəfər xəstəxanaya aparılıb. Bu barədə rayonun Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Daha bir xəstə isə evdə təcrid olunub. Bütün xəstələrdə ikitərəfli pnevmoniya qeydə alınıb. Tədqiqatlar koronavirus, A və B qripi, hantavirus və bir sıra digər infeksiyalara yoluxmanı istisna edib. […]

İdman

“Milan” 1.2 milyard avroya satıldı

“Elliott Advisors UK Limited” şirkəti İtaliyanın “Milan” futbol klubunu “RedBird Capital Partners”a satıb. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Məlumata görə, alqı-satqı müqaviləsinin dəyəri 1,2 milyard avro təşkil edib. Klubun yeni sahibinin təsisçisi Cerri Cardinale verdiyi açıqlamada bildirib ki, “Milan”ı Avropa və dünya futbolunun zirvəsində saxlamaq üçün qlobal idman və media şəbəkəsindən və bütün […]

Dünya

Tətildə olan ailə təyyarə qəzasında öldü

Almaniyadan olan bir ailə Namibiyaya tətilə gedib. Lakin təyyarə qəzasından sonra ailənin bütün üzvləri faciəvi şəkildə ölüb. 59 yaşlı Tomas Rinqs, həyat yoldaşı 57 yaşlı Evelin və iki uşağı, 19 yaşlı Alisiya və 17 yaşlı Paulina ilə birlikdə İmpalila adasından paytaxt Vindhuka çatmaq üçün təyyarə kirayələyiblər. Lakin havaya qalxdıqdan bir müddət sonra təyyarə Zambezi çayına […]

Dünya

Aİ Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırır

Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq üçün siyasi qərar qəbul ediblər.  Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrel mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, beləliklə, verilən vizaların sayı azalacaq və proses çətinləşəcək. Borrel Aİ-nin iyulun ortalarından Rusiya vətəndaşlarının qonşu ölkələrə ciddi axınını müşahidə […]

Dünya

Aleyna Tilki ilk dəfə sevgilisi ilə şəklini paylaşdı – FOTO

Türkiyənin məşur pop müğənnisi Aleyna Tilki sevgili olduğu deyilən reper Uzi ilə çəkdirdiyi fotosunu paylaşıb. Tilki məşhur reperin ad gününü “Instagram” hesabı ilə qeyd edib. Sosial media hesabında tez-tez paylaşım edən məşhur adlar arasında olan Aleyna Tilki ilk dəfə sevgilisi ilə poza verib. Onun paylaşdığı fotolar və ifadələr sosial mediada gündəm olub. Uğurlu sənətçi öz […]

İdman

“Arsenal”dan ardıcıl beşinci qələbə, “Mançester Siti” darmadağına sevindi – VİDEO

İngiltərə Premyer Liqasında V tur davam edir. Oxu.Az xəbər verir ki, lider “Arsenal” ardıcıl beşinci oyunundan da qalib ayrılıb. “Topçular” doğma azarkeşləri önündə “Aston Villa”dan üstün olublar – 2:1. Günün digər matçında “Mançester Siti” “Nottingem Forest”lə üz-üzə gəlib. Azarkeşlərin altı qola şahidlik etdikləri matçda bütün qolları Qvardiolanın tələbələri vurublar – 6:0. Xeberal.az

Cəmiyyət

Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report” xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. Avtomobilin maneəyə çırpılıbması nəticəsində 1996-cı il təvəllüdlü E.Rəhimli və 1988-ci il təvəllüdlü S.Nağıyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

Rusiyada LGBT təbliğatını aparanlar inzibati məsuliyyətə cəlb ediləcək

Rusiyada internetdə və kütləvi informasiya vasitələrində LGBT təbliğatına görə inzibati cəza tədbirləri nəzərdə tutula bilər. Artıq qanun layihəsi baxılmaq üçün Rusiya hökumətinə təqdim edilib. Əgər qanun layihəsi təsdiq olunarsa, qeyri ənənəvi münasibətlərin təbliğatını aparan fiziki şəxsləri 200 min rubl (5 680 manat), hüquqi şəxsləri isə 4 milyon rubl (114 min manat) dəyərində cərimə gözləyir.   […]