Dünya

Argentinada naməlum virus: Bir nəfər ölüb, dörd nəfər xəstəxanaya yerləşdirilib

Sharing is caring!

Argentinanın Tukuman əyalətində naməlum virus səbəbiylə bir nəfər ölüb, daha dörd nəfər xəstəxanaya aparılıb.

Bu barədə rayonun Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Daha bir xəstə isə evdə təcrid olunub.

Bütün xəstələrdə ikitərəfli pnevmoniya qeydə alınıb.

Tədqiqatlar koronavirus, A və B qripi, hantavirus və bir sıra digər infeksiyalara yoluxmanı istisna edib.

Səhiyyə naziri Luis Medina Ruizin sözlərinə görə, xəstəliklərin səbəbi müəyyən edilməyib.

Hazırda virusun mənşəyini müəyyənləşdirilir. Nəticələr həftə sonuna qədər elan ediləcək.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir