Cəmiyyət

Nəzarətimizə keçən Laçın şəhərinə səfər təşkil edildi

Sharing is caring!

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Laçın şəhərinə jurnalistlərin səfəri baş tutub. 

Oxu.Az-ın məlumatına əsasən, jurnalistlər Azərbaycan hərbçilərinin Laçın şəhərindəki xidməti ilə tanış olublar. 

Hərbçilərin xidməti barədə məlumat diqqətə çatdırılıb. 

Qeyd edək ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. 

Həmin ərazilərdə yaşayan ermənilər keçmiş Laçın dəhlizinə alternativ yolun Azərbaycan hissəsində çəkilişi yekunlaşdıqdan sonra oranı tərk ediblər. 

Bildirək ki, 10 Noyabr Bəyanatının 6-cı maddəsinə əsasən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti dislokasiya edildiyi ərazilərə Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil idi. 

Alternativ marşrutun çəkilişindən sonra sülhməramlılar xidmət yerini dəyişiblər. Onlar hazırda alternativ yolda xidmət aparırlar. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir