Cəmiyyət

Avqustda yol qəzalarında 72 nəfər ölüb

Son bir ay ərzində respublikanın avtomobil yollarında baş verən qəzalarda həlak olanların sayı məlum olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, avqustda qeydə alınan qəzalar nəticəsində 72 nəfər ölüb. Qəzaların əksəriyyəti bölgələrdə qeydə alınıb. Bütün faktlarla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Brüssel görüşü bu dəfə sülhü gətirəcək? – Ekspertlərin RƏYİ + FOTO

Ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sayca dördüncü görüş baş tutdu. Ermənistanın real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupunun yaradılmasına qərar verildi. Məlumdur ki, sülh müqaviləsi Azərbaycan tərəfindən irəli […]

Dünya

Bayden ABŞ şəhərində fövqəladə vəziyyət elan etdi

ABŞ-ın Missisipi ştatının mərkəzi Cekson şəhərində əsl su böhranı yaşanır. Qeyd olunur ki, sutəmizləyici qurğular güclü yağış və daşqınlardan sonra sıradan çıxıb. ABŞ Prezidenti Co Bayden şəhərdə fövqəladə vəziyyət elan edib. 150 mindən çox insan içməli susuz qalıb. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi su problemlərini daha da artıracaq, çünki ekstremal hava dəyişikliyi intensiv daşqınlara və quraqlığa […]

Cəmiyyət

“Şahdağ Turizm Mərkəzi”nin rəhbəri dəyişib

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə sədr təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, bu, Rüstəm Nəcəfovdur. O, dövlət şirkətinin rəhbərliyində sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Kazımovu əvəz edib. Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ Milli Parkının yaxınlığında salınmış […]

Cəmiyyət

Ukraynada müharibədə zərər görən akademik Zərifə Əliyeva adına məktəb təmir edilib – FOTO/VİDEO

Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən 12 nömrəli orta məktəbin əsaslı təmiri başa çatdırılaraq sentyabrın 1-i məktəblilərin istifadəsinə verilib. AZƏRTAC xəbər verir ki, Ukraynada yeni təhsil ilinin başlaması münasibətilə məktəblilər yenidən bərpa olunan Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə gəliblər. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə […]

Siyasət

Prezidentin İtaliya səfəri: “Böyük yeddilik” üzvü ilə münasibətlərdə unikal məqamlar – TƏHLİL

Dövlət başçısı İlham Əliyev Brüsseldə keçirilən üçtərəfli görüşün ardından İtaliya Respublikasına işgüzar səfərə yollanıb. Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında təşkil olunub və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Dövlət başçısının İtaliya səfərində məqsəd Prezident İ. Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın […]

Cəmiyyət

Nazirlik əməkdaşları köməksiz qalmış iki nəfəri xilas ediblər – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “qaynar” telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən […]

Cəmiyyət

Yeddi yaşlı qız ağır yanıq xəsarətləri alıb – FOTO

Şamaxıda baş verən bədbəxt hadisə zamanı iki uşaq xəsarət alıb. Bu barədə Oxu.Az-a uşaqların anası Niyazova Ülviyyə məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Həmin gün yoldaşım Niyazov Zaur işdə idi. Mən isə mağazaya getmişdim. Bu zaman evdə qısaqapanma olub və ev tamamilə yanıb. Övladlarım 2017-ci il təvəllüdlü Niyazov Ayaz və 2015-ci il təvəllüdlü […]

Dünya

Paşinyan: “İlham Əliyev və Şarl Mişellə müzakirələr asan olmayıb”

“Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə müzakirələr asan olmayıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Müzakirə asan deyildi, həcmli idi. Ancaq hədəflərimiz dəyişməz olaraq qalır, bu, elan etdiyimiz sülh gündəliyidir. Və onu həyata keçirmək üçün bizə qətiyyət lazımdır”, – Paşinyan bildirib. Onun sözlərinə görə, bu gündəliyin həyata keçirilməsi asan və […]

Cəmiyyət

Qaz xətlərinin yerdəyişməsi üçün vətəndaşlar hara müraciət etməlidirlər? – VİDEO

Fərdi yaşayış evlərinin qaz xətlərinin yerdəyişməsi ilə bağlı müraciətlər üzrə dəyişiklik edilib. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev məlumat verib. O bildirib ki, abonentlər bu tip məsələlərlə bağlı SOCAR “Azəriqaz” İB-nə deyil, regionlar üzrə “ASAN xidmət”, Bakı şəhəri üzrə isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edəcəklər. Xeberal.az