Dünya

Ukrayna ordusu Donetskdəki pivə zavodunu atəşə tutdu: Ammonyak sızması baş verdi – VİDEO

Ukrayna Silahlı Qüvvələri Kalininski rayonunda yerləşən Donetsk pivə zavodunu atəşə tutub. Atəş nəticəsində ammonyak sızması qeydə alınıb. Bildirilib ki, zəhərli tullantılar iki kilometr əraziyə yayılıb. Yerli sakinlərə küçəyə çıxmamaq və pəncərələri açmamaq tövsiyə olunub. Mənbə: korrespondent.net Xeberal.az

Hadisə

“Məhkəmə qərarı olsa da, “MALİBO” MMC evimizi təhvil vermir” – ŞİKAYƏT

Bakı şəhəri Salatın Əsgərova küçəsi, 106 ünvanda ikiotaqlı, sahəsi 52 kv.m olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün evsiz qalıb. Həmin evdə dörd nəsil yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq, küçələrdə qalmağa məcbur edilib. Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində, məhkəmələr bu ailənin haqqını tanıyıb. Şirkət isə məhkəmələrin ədalətli qərarını tanımaqdan […]

Dünya

Kanada səmasında sirli işıqlı zolaq peyda olub

Kanadada STEVE adlı nadir atmosfer hadisəsi qeydə alınıb. Kadrlar Alberta əyalətində yaşayan Alan Dayer adlı fotoqraf tərəfindən çəkilib. Hadisə şahidlərinin sözlərinə görə, yaşıl və bənövşəyi zolaqlar 40 dəqiqə ərzində səmada parıldayıb. STEVE fenomeni 2017-ci ildə kanadalı həvəskar astronomlar tərəfindən kəşf edilib. Əvvəlcə bu halı qütb parıltısı ilə səhv salıblar. Lakin sonda “Swarm” peykinin köməyi ilə […]

Dünya

ABŞ-da 12 yaşlı məktəbli anasını öldürdü

ABŞ-da 12 yaşlı məktəbli öz anasını öldürüb. Yeniyetmə əvvəlcə bu cinayətdə başqa şəxsi ittiham etsə də, sübutların təzyiqi altında cinayətini etiraf edib. Alabama ştatında tibb bacısı işləyən Ayobi Kuk evində ölü tapılıb. Qadının oğlu polisə bildirib ki, silahlı quldur içəri girib, anasını güllələyərək öldürüb, sonra isə qaçıb. Lakin aparılan araşdırmalardan sonra məlum olub ki, oğul […]

MARAQLI

Bir neçə gün sonra möhtəşəm təbiət hadisələrinə şahid olacağıq – FOTO

2022-ci ilin avqustunda ilin sonuncu Super Ayı görünəcək. Onu avqustun 12-si cümə axşamı gecə saatlarında müşahidə etmək mümkündür. Həmin gün Ay Yerə ən yaxın məsafədə olacaq. Bu səbəbdən adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünəcək. Təbiət hadisəsinə baxmaq üçün ən yaxşı vaxtın Bakı vaxtı ilə saat 04:36 […]

Dünya

İngiltərədə evlərə verilən elektrik enerjisi kəsilə bilər

Britaniya hakimiyyəti sənaye obyektlərində və yaşayış binalarında elektrik enerjisinin kəsilməsi ilə bağlı plan hazırlayıb. Bu addım qışda soyuq hava səbəbilə qaz qıtlığının yarana biləcəyi ehtimalına görə atılacaq. Bu barədə Britaniya hökumətindəki mənbələr məlumat veriblər. Ölkə pik tələbatın təxminən altıda biri həcmində enerji çatışmazlığı ilə üzləşə bilər. Hətta kömürlə işləyən elektrik stansiyaları işə salınsa belə, bu […]

Dünya

Bəbir kimi tullana və qaça bilən kiçik robot yaradıldı – VİDEO

Alimlər yüksək sürətlə çalışan bir santimetrlik yumşaq robot yaradıblar. O, hər saniyədə bədən uzunluğundan 70 dəfə daha artıq məsafə qaça bilir ki, bu da bəbirin qaçış sürətindən üç dəfə yüksəkdir. Robot tərs çevrilmiş U formasına malikdir və elastik rezin kimi materialdan hazırlanıb. Onun içindən metal məftillər keçir. Bu naqillərdəki elektrik cərəyanı robotun ətrafındakı maqnit sahəsi […]

Dünya

Fransada amerikalı turist tualet kabinəsində zorlanıb

Amerikalı turist sevgilisi ilə Parisə gəlib və ictimai tualetdə təcavüzə məruz qalıb. Hadisə bir neçə gün öncə baş verib. Cütlük şəhərin mərkəzindəki Notr Dama gəlib. Kilsədən bir qədər aralıda 27 yaşlı qadın tualet kabinəsinə girib. Onun sevgilisi isə çöldə gözləyib. Kişi qəfildən yüksək qışqırıq eşidib və köməyə qaçıb. İçəri girəndə isə sevgilisinin zorlandığını görüb. Amerikalı […]

Dünya

Rusiyalı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata saldı

Kalininqradda 44 yaşlı qadın bir ay ərzində evinə 650 miqrantı qeydiyyata salıb. Bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb. Ev sahibi qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinir. 2022-ci ilin may ayından iyun ayına qədər qadın General Karbışev sahilində yerləşən üç mərtəbəli evinə 650 əcnəbini qeydiyyata salıb. Hüquq-mühafizə orqanlarının yoxlaması nəticəsində məlum olub ki, sözügedən ünvanda […]