MARAQLI

İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri – FOTO

Avqust giləmeyvələri insanları xərçəng və sonsuzluqdan qoruyur. Bu barədə rusiyalı diyetoloq və nutrisioloq Zoya Boqdanova giləmeyvələrin faydalı xüsusiyyətlərindən danışarkən bildirib. Onun sözlərinə görə, bu mənada qaragilə, cır mərsin, qara qarağat, moruq və motmotu xüsusi diqqətə layiqdir. Həkim qaragilə və cır mərsinin hormonal fonu yaxşılaşdırmağa kömək etdiyini, hətta xərçəngin qarşısını aldığını deyib. O, həmçinin bu giləmeyvələrin […]

Dünya

İndoneziyada timsah balıq tutan yeniyetmənin başını qoparıb

İndoneziyanın Ternate şəhərində timsah yeniyetməyə hücum edib, onun qollarını və başını dişləyib. 15 yaşlı Fərcan İdham adlı yeniyetmə Tolir gölündə balıq tutduğu zaman timsah ona hücum edib. Yırtıcı yeniyetməni dərhal suya sürükləyib. Dostları onu xilas etməyə çalışsalar da, nəhəng yırtıcıdan qorxublar. Hadisədən sonra Tolir gölünə turistlərin ziyarəti qadağan olunub. Yeniyetmənin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanıb. […]

Dünya

ABŞ-da narkotik təcrübələri üçün istifadə ediləcək dörd min it xilas edildi

ABŞ-da dörd minə yaxın it farmakologiya, tibb və biologiya sahəsində müxtəlif araşdırmalar və təcrübələr aparan şirkətdən alınıb. Hazırda onların saxlanılması üçün yer axtarılır. Heyvan hüquqları müdafiəçiləri itlərin narkotik təcrübələri üçün laboratoriyalara satılması məqsədilə yetişdirildiyini müəyyən ediblər. Bundan əlavə, müfəttişlər heyvanların dəhşətli şəraitdə saxlanıldığını aşkarlayıblar. Belə ki, xəstə itlər müalicə əvəzinə evtanizasiya edilib, heyvanlara həşərat sürfələri, hətta […]

Dünya

Cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərdi

İngiltərədə cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərsə də, həbs edilib. Coşua Dobson avtomobil oğurlayıb və axtarışa verilib. Polis gözlənilməz ziyarətlə onun evinə gəldikdə isə cinayətkar insan ölçüsündəki ayı oyuncağının içərisində gizlənib. Bununla belə, Coşua diqqətdən yayına bilməyib. Zabitlər oyuncaq ayının nəfəs almağa başladığını görüblər. Nəticədə o, həbs edilib. Məhkəmə Dobsonu avtomobil oğurladığı və […]

Dünya

Puqaçova və əkizlərindən Qalkin üçün sürpriz – VİDEO

Rusiyalı müğənni Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin üçün ailə videosu çəkib. Ulduz ifaçı əkizləri Liza və Harri ilə birlikdə sahil boyu gəzməyə qərar verib. O, əri evdə olmayanda ailəsi üçün darıxdığını və nigaran qaldığını bildirib. Hazırda Qalkin Tallində konsertlərlə çıxış edir. O, əldə etdiyi gəlirin bir hissəsini ukraynalı qaçqınlara kömək üçün göçürəcək. Mənbə: unian.net […]

Dünya

Britaniyada pivə şüşələrini sındıran kabus peyda olub

Böyük Britaniyada bar sahibi Skot Douson bir stəkan pivənin öz-özünə masadan düşməsindən o qədər qorxub ki, paranormal hadisələrin tədqiqatçılarına müraciət edib. Onlar bildiriblər ki, stəkanı masadan bir yeniyetmənin ruhu itələyib. Hadisə Kambria şəhərində yerləşən “Ring O Bells” adlı barda baş verib. Douson baş verənləri təhlükəsizlik kamerasına çəkə bilib. Onun sözlərinə görə, bu, obyektdə baş verən […]

Şou-Biznes

“Bunun neçə sifəti var?!” – Afət Fərmanqızı yenə “od püskürdü”

“Hansı Sara? Məni tərifləyən Sara?! Onun mənimlə nə işi var ki?!”. Bu sözləri Yenisabah.az-a müğənni Afət Fərmanqızı jurnalist Sara Safuranın onun ünvanınına söylədiklərinə münasibət bildirərkən deyib. “Məni əvvəl tərifləyən, sonra təhqir hədəfinə çevirənin barəmdəki tərif videosunu paylaşaraq bunları deyirəm: “Bunun neçə sifəti var?! Belə adamı ciddiyə alıb cavab vermək olar?! Əgər, olarsa, cavab verim. Bu yox, bunun arxasında […]

Dünya

Britaniyalı qadın həyətində çoxlu bitki əkdiyinə görə evdən qovula bilər

49 yaşlı Aleksandra Uilson-Cons həyətində çoxlu bitki olduğuna görə kirayə qaldığı evdən çıxarıla bilər. Britaniyalı qadın bildirib ki, o, keçən həftə ev sahibindən yaşayış yerini tərk etmək barədə bildiriş alıb. Xanımın sözlərinə görə, buna səbəb onun həddən artıq bitki həvəskarı olmasıdır. Cons anasının ölümündən sonra bağçılıqla məşğul olmağa başladığını söyləyib. Aleksandra əmindir ki, onun çiçəkləri […]

Dünya

Sindi Kroufordun qızı yeni reklam kampaniyasında çəkilib – VİDEO

Məşhur top model Sindi Kroufordun qızı Kaya Qerber “Celine” brendinin yeni kolleksiyasının siması olub. Dəb evi yeni qış kolleksiyası üçün reklam kampaniyasını nümayiş etdirib. Görüntüləri dəb evinin kreativ direktoru Edi Sliman çəkib. Kolleksiya avqustun 26-da satışa çıxarılacaq. Onu mağazalarda, həmçinin “Celine”nin rəsmi saytında əldə etmək mümkün olacaq. Qeyd edək ki, bu, modelin brendlə ilk əməkdaşlığı […]

Dünya

Tramp ifadə vermək üçün prokurorluğa gəldi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York əyalətinin baş prokuroru Letisia Ceymin ofisinə onun “Trump Organization”dakı maliyyə fırıldaqçılığı ilə bağlı iddiası üzrə ifadə vermək üçün gəlib. O, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək istintaqın sullarını cavablandırmaqdan imtina edib. Səfərindən öncə Ağ Evin keçmiş sahibi “Truth Social” sosial şəbəkəsində Nyu-Yorkun baş prokuroruna “ABŞ tarixinin ən böyük ifritə […]