Cəmiyyət

Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb. Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı – 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub. Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər. Hər ikisi ağır […]

Cəmiyyət

Azərbaycanlı dindarlardan Londondakı hadisəyə cavab – VİDEO

Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına özlərini dini qruplaşma üzvü sayan şəxslər hücum ediblər. Onlar binaya daxil olaraq eyvanda diniyönümlü bayraqlar qaldırıb, dini şüarlar səsləndiriblər. Buna cavab olaraq bu gün bir qrup vətəndaş Məşədi Dadaş məscidinin önünə toplaşaraq Azərbaycan bayraqları qaldırıb, şüarlar səsləndiriblər.  Həmin görüntüləri təqdim edirik: Xeberal.az

Dünya

Dağıstanda avtombildə oynayan uşaq istidən öldü

Dağıstanın Kizlyar rayonunda faciə baş verib. Respublikanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iki azyaşlı uşaq avtomobilin içində bir neçə saat oynadıqdan sonra onları isti vurub. Uşaqlardan biri ölüb, digəri isə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır. Həkimlər qızın həyatı üçün mübarizə aparır! Hadisə Vperyod kəndində yşanıb. 4 yaşlı oğlan və 2 yaşlı qız nahar […]

Dünya

Rusiyada YUNESKO siyahısındakı obyektdə yanğın – VİDEO

Komi Respublikasında “Yuqıd va” milli parkının ərazisindəki meşə sahələri yanır. Obyekt 1995-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “Yuqıd Va” Milli Parkı bu ölkədən sözügedən sıyahıya salınan ilk obyekt olub. Məlumata görə,  yanğın 50 hektar sahədə yayılıb. Qeyd edək ki, Komi Respublikasında iyulun 13-dən bəri meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Respublikanın […]

Dünya

“Virgin Galactic” kosmik turistlərlə uçuşları yenidən təxirə salıb

ABŞ-ın “Virgin Galactic” şirkəti özünün “SpaceShipTwo” suborbital gəmisinin kommersiya uçuşlarını yenidən təxirə salıb. Hazırda şirkət 2023-cü ilin ikinci rübündə uçuşlara başlamağı planlaşdırır. Məlumata görə, gecikmə “WhiteKnightTwo” daşıyıcı təyyarəsinin təmirinin nəzərdə tutulduğundan daha uzun çəkməsi ilə bağlıdır. Bundan əlavə, uçuşlara xidmət edəcək kadrların işə qəbulu ilə bağlı problemlər hələ də qalmaqdadır. Bu günə kimi mövcud 1000 […]

Dünya

Cənubi Koreya Aya aparat göndərdi

“SpaceX” şirkəti Cənubi Koreyanın “Korea Pathfinder Lunar Orbiter” (KPLO) kosmik aparatını “Falcon 9” raketi ilə Aya göndərib. Aparatın dekabrın ortalarında Yerin təbii peykinin orbitinə çıxacağı gözlənilir. 678 kiloqramlıq kosmik cihaz Ay səthinin xəritəsini çəkəcək ki, bu da gələcək eniş yerini tapmağa və kraterlərdə ehtimal olunan su mənbələrini müəyyənləşdirməyə kömək edəcək. KPLO təxminən bir il Ayın […]

Dünya

Norveçdə kruiz gəmisi saya oturdu – FOTO/VİDEO

Norveçin “Hurtiqruten” kruiz operatorunun gəmilərindən biri ölkənin qərb sahillərində saya oturub. Məlumata görə, hadisə Norveçin ən uzun və ən dərin limanlarından olan Soqnefyord yaxınlığında baş verib. “MS Richard With” adlı kruiz gəmisi iş rejimində olmayıb. Onun göyərtəsində sərnişin yoxdur. “Gəmi stabil vəziyyətdədir və yedəkləmə üçün yardım çağırılıb. Onun mühərrik və hərəkət sistemi işləyir. Kapitan isə […]

Dünya

Macarıstanda qoruq meşələrin qırılmasına icazə verildi

Macarıstan qışda mümkün qaz qıtlığına hazırlaşmaq üçün xüsusi mühafizə olunan təbiət ərazilərindəki meşələrin qırılmasına qoyulan qadağaları yüngülləşdirib. Hökumət bəzi hallarda qorunan ərazilərdə yerli ağac növlərinin, xüsusən də palıd və fıstıq ağaclarının kəsilməsinə icazə verən fövqəladə fərman dərc edib. Bundan əlavə, sənəd ağac kəsənlər üçün bir sıra məhdudiyyətləri aradan qaldırıb. Hökumət həmçinin məktəblərə binaların qaz əvəzinə […]

MARAQLI

Əllərin keyiməsinin təhlükəli səbəbləri açıqlandı

Səhər saatlarında əllərin uyuşması kifayət qədər ümumi problemdir. Bu hər gün baş verirsə narahatlığın bir neçə səbəbi ola bilər. Bu barədə rusiyalı nevroloq Yana Kuşnir bildirib. Həkimin fikrincə, uyuşmanın ən çox görülən səbəbi onurğanın boyun hissəsində degenerativ-distrofik dəyişikliklər, fəqərəarası yırtıq, sinir sıxılmaları səbəb ola bilər. Bundan başqa B12 vitamini, fol turşusu çatışmazlığı, anemiya da kiçik […]