Dünya

Aİ Şurası qaz istehlakını azaltmaq planını təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələri bu qış təbii qaza tələbatın 15% azaldılması planını qəbul edib. Bu barədə avqustun 5-də Aİ Şurası bəyanat yayıb. “Aİ-nin enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şura bu gün qışda təbii qaza tələbatın könüllü olaraq 15% azaldılmasına dair qətnamə qəbul edib”, – bəyanatda deyilir. Sənəddə qeyd olunur ki, qaza tələbatın azaldılmasında məqsəd Rusiyadan […]

İdman

UEFA “Fənərbağça”nı cəzalandırdı

UEFA “Fənərbağça” ilə Kiyev “Dinamo”su arasındakı avrokubok matçında baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. Qurum İstanbul klubunun bir ev oyununu qismən tamaşaçılarsız (minimum 5000 yerlik) keçirməsinə qərar verib. Bununla yanaşı, “sarı-lacivərdlilər” 50 min avro məbləğində cərimələniblər. Qeyd edək ki, Kiyev “Dinamo”su ilə avrokubok matçında türkiyəli azarkeşlər tribunalardan Rusiya Prezidenti Vladimir Putinin adını səsləndirib ki, bu […]

Cəmiyyət

Ağdaşda ağır yol qəzası: Ölən və yaralananlar var

Ağdaşda ağır yol qəzası baş verib.  “Unikal” xəbər verir ki, hadisə Savalan kəndi istiqamətində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Tayyüm oğlu Əliyev aldığı xəsarətlərdın xəstəxanaya aparılarkən yolda keçinib. Daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib.Onlardan birinin vəziyyəti qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Müharibə

Azərbaycan Ordusunun əsgəri minaya düşərək həlak olub – RƏSMİ

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət […]

Təhsil

GDU-da yaşananlar: “Özbaşınalıq, korrupsiya və anarxiya…”

Gəncə Dövlət Universitetinin (GDU) bir qrup müəlliminin adından ölkə başçısına müraciət ünvanlanıb.Müraciətdə bildirilir ki, tibb ocağında qanunsuzluq və özbaşınalıq dözülməz həddədir.Şikayətdə deyilir ki, dəfələrlə burada yaşananlar barədə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticə verməyib: “Sanki hansısa sehrli bir qüvvə burada baş verən qanunsuzluqlara nəinki göz yummağa, hətta onları dəstəkləməyə, ali rəhbərliyə gedib çatmasının […]

İdman

FIFA VAR sisteminin tətbiqi üçün AFFA-ya nə qədər vəsait ayırıb?

FIFA-nın futbol üzrə Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün ayırdığı vəsaitin məbləği bəlli olub. “Report” ali futbol qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə AFFA-ya FIFA Forward Layihəsindən ümumilikdə 497 173 ABŞ dolları ödəniş edilib. Milli assosiasiyanın inzibati binasında üç VAR otağı və bir səyyar VAR mərkəzi fəaliyyət göstərəcək. […]

Cəmiyyət

Səbaildə şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirildi – FOTO

Avqustun 4-də Səbail Rayon İcra Hakimiyyətində  şəhid ailələri, qazilər və rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri […]

Siyasət

Qırğız XİN Londondakı Azərbaycan səfirliyinə hücumu vandalizm aktı hesab edir

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir. Bu barədə XİN-in bəyanatında bildirilir. “Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, – deyə bəyanatda qeyd olunur. Mənbə: mfa.gov.kg Xeberal.az

Siyasət

İran və Ermənistanın azərbaycanlı PR agenti: Eldar Lənkəranski Brüsseldə necə işləyir?

Uğur həmişə yalnız yeni dostları deyil, həm də pis niyyətli insanları cəlb edir. Ola bilsin ki, bu aksioma təkcə konkret şəxsə deyil, hətta bütöv dövlətlərə də şamil edilir. Hər halda, Azərbaycanın diplomatik, iqtisadi və hərbi-siyasi uğurları artıq bir neçə ildir ki, başqalarının rifahına biganə olmayanları da narahat edir. Təəssüflər olsun ki, Bakının beynəlxalq aləmdə çoxlu […]

Dünya

Estoniya Prezidenti sovet tankı abidəsinin sökülməsini istəyir

Estoniya Prezidenti Alar Karis Narva şəhərində sahildəki sovet tankı abidəsinin sökülməsinin tərəfdarıdır. Prezidentin bu barədə fikirləri ERR ictimai yayım şirkəti tərəfindən dərc olunan köşə yazısında qeyd olunub. Karis qeyd edir ki, o, əvvəllər tankın yerində qala biləcəyinin və yanında sadəcə izahat lövhəsinin yerləşdirilməsinin tərəfdarı olub. Lakin indiki geosiyasi şəraitdə bunun artıq kifayət olmadığını düşünür. Onun […]