MARAQLI

“Tesla” insanabənzər “Optimus” robotu ilə bağlı ilk tizerini yayımladı – FOTO/VİDEO

Tesla “Optimus” insanabənzər robotunun tizerini yayımlayıb. Yayımlanan fotoda robotun ürək şəklində qatlanmış əlləri əks olunub. Təqdimat sentyabrın 30-da “Tesla AI Day # 2” tədbirində nəzərdə tutulub. “Tesla AI Day”in əvvəlki təqdimatı keçən il baş tutmuşdu. Məhz həmin vaxt “Tesla”nın rəhbəri İlon Mask robot-humanoid yaratmaq planlarını açıqlamışdı. Öncə robot “Tesla Bot” adlandırılırdı, lakin sonradan “Optimus” adını aldı. […]

MARAQLI

Balıq pulcuqlarından televizorlar hazırlanacaq – FOTO

Yapon alimləri balıq pulcuqlarını karbon nanosoğanağa çevirməyin yolunu tapıblar. Araşdırma “Green Chemistry” jurnalında dərc olunub. Karbon nanosoğanağı (CNO) – daxili karbon sferalarından əmələ gələn nano ölçülü karbon quruluşudur. Bu forma əla elektrik və istilik keçiriciliyinə malikdir, biotibb, bioimicinq və elektronikada (məsələn, televizor panellərinin istehsalında) istifadə olunur. Qeyd edilir ki, nanosoğanaqların sintezi üçün ənənəvi proses çətinliklər və […]

Dünya

Qazaxıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. “Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik”, – bəyanatda qeyd olunur. “Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür […]

İdman

UEFA-dan “Ferençvaroş”a CƏZA

UEFA azarkeşlərin davranışına görə “Ferençvaroş”u cəzalandırıb. Qərar “Slovan”la Çempionlar Liqasının seçmə mərhələsində keçirilmiş iki oyunun nəticəsinə əsasən verilib. Azarkeşlərin irqçi davranışına görə Macarıstan klubu UEFA-nın himayəsi altında keçirilən növbəti matçda stadionun bağlanması və 15 min avro məbləğində cərimə və ilə cəzalandırılıb. Bundan əlavə, “Ferençvaroş” UEFA-nın himayəsi altında keçiriləcək növbəti matçda “#NoToRacism” (“İrqçiliyə yox”) yazısı olan […]

Cəmiyyət

Balıq ovu müddətinə dair yeni tələblər müəyyənləşib

Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişiklik edib. Meliorativ kollektorlarda balıq və digər su bioresursları ovu qaydası dəyişib. Əgər indiyə qədər meliorativ kollektorların mənsəbində və məcrasında istifadəsi mümkün olan bütün ov alətləri il boyu balıq və digər su bioresursları ovuna icazə verilirdisə, artıq meliorativ kollektorlarda ova icazə verilən müddətlər aşağıdakı kimi olacaq: […]

Cəmiyyət

Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Gəncədə bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Hüseynov Qəzənfər Rasim oğlunu yaşadığı evdə elektrik cərəyanı vurub və o, hadisə yerində  dünyasını dəyişib.  Məlumata görə Q.Hüseynov yaşadığı evdə nasos ilə həyətyanı sahəsini suvarmaq istədiyi zaman etiyatsızlıqdan nasosun naqillərinə toxunub. Bu zaman onu elektrik cərəyanı […]

Dünya

Latviya səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir. Səfirlik belə bir qərarın səbəbini açıqlamayıb. Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə […]

Siyasət

Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. […]

Kriminal

21 manat görə bıçağı ürəyinə sancdı – “Kubinka”dakı qətlin TƏFƏRRÜATI – VİDEO

2021-ci il avqustun 13-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən rayon prokurorluğuna Salatın Əsgərova küçəsi, ev 94-də qeydiyyatda olan 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin aldığı bıçaq xəsarətindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə məlumat verilib. Hadisə Nəsimi rayonu, Ağadadaş Qurbanov və İbrahim Əbilov küçələrinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında baş verib.  Nəsimi […]

Dünya

Ukraynadan Qara dənizlə daşınacaq ərzaqın aylıq həcmi açıqlandı

İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi Ukraynadan Qara dənizlə daşınacaq ərzaqın aylıq həcmini açıqlanyıb Mərkəzdən bildirib ki, ölkədən su yolu ilə ayda 2 milyon tondan 5 milyon tonadək dənli bitkilər ixrac ediləcək. Həmçinin qeyd olunub ki, Ukraynadan taxıl daşınması uzunluğu 111 dəniz mili və eni 3 mil olan humanitar su dəhlizi üzrə həyata keçirilir. Müvafiq […]