Mədəniyyət

Elvis Preslinin uşaqlıqda qaldığı ev sökülmüş halda hərraca çıxarılacaq – FOTO

ABŞ-ın Missisipi ştatında əfsanəvi müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərracda satılacaq. Məlumata görə korifey 1943-1944-cü illərdə valideynləri ilə orada yaşayıb. Ev avqust ayında hərraca çıxarılacaq. Binanın ilkin qiyməti 30-50 min dollar arasında dəyişir. Qeyd edək ki, ev sökülmüş vəziyyətdədir: 2017-ci ildə bina səliqə ilə sökülüb və treylerə yığılıb. Əvvəlcə binanın dağıdılması və ərazidə […]

Dünya

Cənubi Afrikada köpəkbalıqlarını öldürüb ciyərini yeyən qatil balinalar aşkar olundu

2017-ci ildən bəri Cənubi Afrika sularında böyük ağ köpəkbalıqlarının kütləvi öldürülməsi halı baş verir ki, bunun da arxasında bir cüt erkək qatil balinanın dayandığı ehtimal olunur. Bu barədə Cənubi Afrikanın Dayer Adası Qoruğu bioloqlarının Afrika Dəniz Elmləri Jurnalında dərc olunan araşdırmalarında bildirilir. Belə ki, iki balina ən azı səkkiz köpəkbalığını parçalayaraq öldürüb. Maraqlıdır ki, yeddi […]

Dünya

Kameron Diaz “təqaüddən qayıtdı”

Hollivud ulduzu Kameron Diaz “təqaüddən qayıdıb”. Diaz 2018-ci ildə Hollivuddan getdiyini rəsmən təsdiqləyib. Amma indi o, “Netflix”in yeni filmi olan “Back in Action”da rol almağa hazırlaşır. Diaz baş rolu Ceymi Foksla paylaşacaq. Onlar 2014-cü ildə Diazın son bədii filmi “Annie”də birgə rol alıblar. “Ceymi Foks, yalnız sən məni yoluma qaytara bilərsən. Səbirsizliklə gözləyirəm, bu, çox gözəl olacaq!” – […]

MARAQLI

Qarşısına çıxan avtomobillərin üstünü cızdı, təkərlərini deşdi – VİDEO

Sosial şəbəkələrdə uzun saçlı gəncin qarşısına çıxan avtomobilləri cızdığı və təkərlərini deşdiyi barədə görüntülər yayılıb. Kadrlar Rusiya paytaxtındandır. Videodan aydın olur ki, gənc üzünü gizlətmir və diqqət çəkməkdən qorxmur. Məlumatlara görə, azı 20 avtomobilə zərər dəyib. Zərərçəkənlər polisə müraciət edib. Gəncin axtarışına başlanılıb. Mənbə: “Life Shot” “Telegram” kanalı Xeberal.az

Dünya

Tayson həbsxana həyatını ömrünün ən yaxşı illəri adlandırdı – FOTO

Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson həyatının ən yaxşı dövrünün həbsxanada keçirdiyi üç il olduğunu deyib. Bu barədə o, “The Pivot Podcast” “YouTube” kanalına müsahibəsində danışıb. Tayson həmin günlər rahatlıq tapdığını bildirib. “Əgər rahatlığınız, sakitlik və tarazlığınız yoxdursa, pul heç nəyi həll eləmir. Yeməyim pis deyildi, hamı mənimlə mehriban, yaxşı davranırdı”, – […]

Dünya

Nil çayında üzən evlər sökülür – VİDEO

On il ərzində Nil çayında müşahidə edilən üzən evlər tezliklə yox olacaq. Bu qərarı Misir hakimiyyəti qəbul edib. Belə ki, bu, yeni “sahilyanı ərazilərin abadlaşdırılması planı”nın bəndlərindən biridir. Yerdə qalan 30-a yaxın tikilinin sakinləri köçürülmə əmri alıblar. Onlar alternativ mənzil verilmədiyindən şikayətlənirlər. Üstəlik, onlara evlərinin sökülməsi ilə bağlı çox gec – prosesin başlanmasına iki həftə […]

Dünya

Bayden İsveçlə İsveçrəni səhv saldı – VİDEO

ABŞ Prezidenti Co Bayden 30 iyunda Madriddə keçirilən NATO sammitindən sonra mətbuat konfransı zamanı İsveçlə İsveçrəni səhv salıb. “İsveçrənin rəhbəri. İsveçrə, Allahım, NATO-nun genişlənməsi məni həyəcanlandırdı. İsveç.”, – deyə Bayden düzəliş edib və zarafat edib. Bu zaman o, Finlandiya və İsveç rəhbərləri ilə ölkələrin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı telefon danışıqlarından danışıb. Mənbə: […]

MARAQLI

Rusiyada altıncı mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı – VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində iki yaşlı uşaq binanın altıncı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb, ancaq sağ qalıb. Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Məlumata görə, kişi oğlu ilə yatmağa uzanıb. Uşaq ayılıb və mətbəxə keçib. Oradan açıq pəncərəyə çıxıb və yıxılıb. Ana hadisə vaxtı doğum evində olub, o, ikinci övladını dünyaya gətirib. Uşaq ağır travmalarla reanimasiyaya aparılıb, həkimlərin səyi […]

Dünya

Əyləci sıradan çıxan mikroavtobus əvvəl avtomobilə daha sonra yaşayış evinə çırpıldı – VİDEO

İstanbulun Küçükçekmece rayonunda əyləci sıradan çıxan mikroavtobus geriyə doğru hərəkət etməyə başlayıb. Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Mikroavtobus əvvəl park edilmiş avtomobilə daha sonra isə evin divarına çırpılıb. Zərbənin təsirindən divarın bir hissəsi uçub dağılıb. Mənbə: İHA Xeberal.az

Cəmiyyət

Şəkidə sərnişin avtobusu 41 yaşlı qadını vurub

Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib. “Report” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı […]