Dünya

Kameron Diaz “təqaüddən qayıtdı”

Sharing is caring!

Hollivud ulduzu Kameron Diaz “təqaüddən qayıdıb”.

Diaz 2018-ci ildə Hollivuddan getdiyini rəsmən təsdiqləyib. Amma indi o, “Netflix”in yeni filmi olan “Back in Action”da rol almağa hazırlaşır. Diaz baş rolu Ceymi Foksla paylaşacaq.

Onlar 2014-cü ildə Diazın son bədii filmi “Annie”də birgə rol alıblar.

“Ceymi Foks, yalnız sən məni yoluma qaytara bilərsən. Səbirsizliklə gözləyirəm, bu, çox gözəl olacaq!” – deyə aktrisa sosial şəbəkə hesabında paylaşıb.

“Netflix” filmin nümayiş tarixini açıqlamayıb.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir