İdman

Levandovski Benzema barədə: “Müqayisə etmək istəməzdim”

Robert Levandovski Kərim Benzema ilə qarşıdakı rəqabəti ilə bağlı sualı cavablandırıb. O, bu rəqabətdən nə gözlədiyini açıqlayıb. “Benzema əla oyunçudur. O, bunu son Çempionlar Liqasında PSJ, “Çelsi” və “Mançester Siti”yə qarşı etdikləri ilə göstərib. O, 10, hətta 12 ildir ki, La Liqadadır – dəqiq xatırlamıram. Benzema bu liqa ilə çox tanışdır. Hətta Çempionlar Liqasında da […]

Dünya

“Hörümçək adam” komikslərinin müəllifi vəfat etdi

“Marvel” komikslərinin prodüseri və yazıçısı Ron Zimmerman 64 yaşında vəfat edib. Məlumata görə, ölümün səbəbi xərçəng olub. R.Zimmerman Hörümçək adamın macəralarından bəhs edən bir sıra komikslərin müəllifi kimi tanınır. Bundan əlavə, o, “Justice League: Unlimited” və “The Simpsons” kimi film layihələrinin ssenarilərini yazıb. Mənbə: gazeta.ru Xeberal.az

İdman

Qadın futbolçular arasında Avropa çempionu bəlli oldu

Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib. “Report”un məlumatına görə, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb. Londondakı “Uembli” stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib – 2:1. Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb. […]

Dünya

Özbəkistanda qabiliyyət imtahanlarına Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nəzarət edəcək

Özbəkistanda avqustun 1-dən 10-dək 46 ali təhsil müəssisəsində keçiriləcək qabiliyyət imtahanlarına Təhsil Nazirliyi ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də nəzarət edəcək. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, idarənin əməkdaşları ilk dəfə imtahanların keçiriləcəyi binaya və əraziyə baxış keçirəcək. Bildirilib ki, qabiliyyət imtahanları real vaxt rejimində imtihon.edu.uz platforması vasitəsilə izləniləcək. Mənbə: […]

Dünya

Konqo-Uqanda sərhədində atışma: Ölən və yaralananlar var

Birləşmiş Millətlər Təşkilatının Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının (MONUSCO) heyəti bazar günü Uqanda ilə sərhəddə atəş açıb. Bu barədə missiyanın saytında dərc olunmuş məlumatda deyilir. İnsident nəticəsində ölən və ağır yaralananların olduğu bildirilir. Qeyd edək ki, bir n eçə gün öncə Konqoda BMT missiyasına qarşı keçirilən etirazlar zamanı 22 nəfər, o cümlədən üç MONUSCO döyüşçüsü […]

İdman

Millimizin üzvü komandasını məğlubiyyətdən xilas etdi – VİDEO

İsveçrə Superliqasında üçüncü tur davam edir. Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshoppers” növbəti matçını keçirib. Komanda səfərdə lider “Yanq Boys”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. “Qrasshopers” ilk hissəni 0:1 hesabı ilə məğlub bitirib. İkinci hissənin başlaması ilə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu […]

Cəmiyyət

Ermənistan Rusiya orbitindən uzaqlaşır? – TƏHLİL

Amerika kəşfiyyatının Ermənistanda prioritet istiqaməti Rusiya ilə bağlı fəaliyyət ola bilər. Bəlkə də, buna görədir ki, Bernsin səfərindən üç gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana səfər edib. Sözsüz ki…  Cənubi Qafqazda yaşananlar diqqəti yenidən bölgəyə çevirib. Söhbət ABŞ və Rusiya kəşfiyyat xidməti rəhbərlərinin İrəvana səfərləri, Ermənistan və Azərbaycan arasında ilk dəfə […]

Cəmiyyət

Bərdədə ağır qəza: İki avtomobil toqquşdu, yaralılar var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya […]

İdman

Azərbaycanın basketbol millisi Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda 3-cü yer uğrunda görüşə çıxıb. “Report”un məlumatına görə, rəqib Lüksemburq yığması olub. Görüşün ilk və üçüncü hissəsində 20:16 və 19:16 hesablı üstünlük qazanan Azərbaycan yığması ikinci hissədə heç-heçə edib – 18:18. Dördüncü hissədə isə Lüksemburq təşəbbüsə yiyələnərək, 17:7 hesablı üstünlüklə ümumi nəticəni bərabərləşdirib – […]