Dünya

Rusiyada kişi özünün və keçmiş sevgilisinin üstünə benzin töküb yandırdı – FOTO/VİDEO

Rusiyanın Moskva vilayətində kişi özünün və keçmiş sevgilisinin üstünə benzin töküb yandırıb. Bildirilir ki, 54 yaşlı Bek Usupov 33 yaşlı Yekaterina Vorotsovadan onu maşını ilə işə qədər aparmasını istəyib. Qadın razılaşıb. Maşında kişi onun və özünün üstünə benzin tökərək yandırıb. Lakin sonra peşman olaraq özünü maşından atıb və alovu söndürməyə çalışıb. Hadisəni görən qonşular təcili […]

Dünya

“James Bond”un prodüseri yeni filminin çəkiliş tarixini açıqladı

Ceyms Bond haqqında silsilə filmlər üzərində işi ilə tanınan amerikalı prodüser Barbara Brokkoli “Bond” serialının növbəti hissəsinin çəkilişləri ilə bağlı planlarından danışıb. Onun sözlərinə görə, çəkiliş qrupu ən tez iki ildən sonra işə başlaya biləcək. Belə bir qərar Agent 007-nin imicində köklü dəyişikliklərlə bağlıdır. Brokkoli əlavə edib ki, yazıçılar hələ Daniel Kreyqi əvəz edəcək aktyorla […]

Dünya

Məhəllə köpüyə qərq oldu – VİDEO

Kolumbiyanın Soaça şəhərinə yağan leysandan sonra kanalizasiyadan çıxan zəhərli köpük küçələrə yayılıb. Aidiyyəti qurumlar vətəndaşlardan diqqətli olmağa, kimyəvi tərkibi məlum olmayan maye ilə təmasda olmamağa çağırıb. Köpükdən nümunələr götürülərək laboratoriyalara təhvil verilib. Mənbə: Haber Global Xeberal.az

Dünya

Qonşunun fədakarlığı nəticəsində ölümün cəngindən xilas oldu – VİDEO

Türkiyənin Niğde şəhərində mənzildə başlayan yanğın tezliklə bütün evi bürüyüb. Evi tərk edə bilməyən sakin alovdan xilas olmaq üçün mənzilinin eyvanından həyətə atılmaq qərarına gəlib. Lakin aşağı mərtəbədə yaşayan qonşunun fədakarlığı nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Mənbə: İHA Xeberal.az

Dünya

Kainatın ilk tam rəngli şəkli yayımlanacaq

ABŞ Aerokosmik Agentliyi (NASA) iyulun 12-də “kainatın ən dərin şəklini” yayımlayacağını açıqlayıb. NASA iyulun 12-də Ceyms Uebb Kosmik Teleskopu tərəfindən çəkilmiş ilk yüksək səviyyədə ayırd edilə bilən, rəngli şəkilləri paylaşacaq. Aerokosmik Agentliyin direktoru qeyd edib ki, sözügedən görüntülər bəşəriyyətin indiyə qədər gördüklərindən fərqlənir. Mənbə: NBC News Xeberal.az

Dünya

Sankt-Peterburq metrosuna çirkli və pis qoxulu paltarlarla girənlər cərimələnəcəklər

Sankt-Peterburq metrosuna paltarsız və ayaqqabısız, yaxud çirkli və pis qoxulu paltarlarla daxil olanlar cərimələnəcəklər. Müvafiq qanun şəhərin Qanunvericilik Məclisi tərəfindən qəbul edilib. Qanun həmçinin metroda başqa cərimələrin tətbiqini də nəzərdə tutur. Açıq yemək və içkilərlə səyahət etmək üçün 100 ilə 500 rubl arasında cərimə tətbiq edilə bilər. Analoji cərimələr falçılıq, pul yığmaq və musiqi alətlərində […]

Dünya

ABŞ Ali Məhkəməsinın ilk afroamerikalı hakimi qadın oldu

Ketanci Braun Cekson ABŞ Ali Məhkəməsinin ilk afroamerikalı qadın hakimi olmaq üçün and içib. Mərasimdə dövlət başçısı Co Bayden və vitse-prezident Kamala Harris də iştirak ediblər. Məhkəmənin 83 yaşlı hakimi Stiven Breyerin təqaüdə çıxma qərarından sonra ABŞ prezidenti Breyerin yerinə Ceksonun namizədliyini irəli sürüb. Daha sonra 51 yaşlı qadının namizdəliyini ölkə Senatı da dəstəkləyib. Beləliklə […]

Dünya

Polşa Belarusla sərhəd boyu hasarın tikintisini başa çatdırdı – VİDEO

Polşa Belarusla sərhəddə beş metr hündürlükdə və 186,25 km uzunluqda olan hasarın tikintisini başa çatdırıb. Məlumata görə, tikinti üçün 49 min ton poladdan istifadə olunub. Hazırda hasarın elektron təhlükəsizlik sistemləri quraşdırılır, o cümlədən 2,5 min müşahidə kamerası və hərəkət sensoru ilə təchiz edilməsi həyata keçirilir. Mənbə: Pravda.ua Xeberal.az