Siyasət

İstanbulda Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərinin görüşü olub – YENİLƏNİB + FOTO

İyunun 20-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan parlamentinin spikerini səmimiyyətlə salamlayan Mustafa Şəntop “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli […]

Dünya

Hindistanda qanadı yanan sərnişin təyyarəsi təcili eniş etdi – VİDEO

Hindistanda “SpiceJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi sol qanadının alovlanmasından sonra Bihta Hərbi Hava Qüvvələri bazasına məcburi eniş edib. Məlumata görə, onun göyərtəsində 185 sərnişin olub. Polis və hava limanı əməkdaşları hadisə yerinə gəldikdən sonra sərnişinlər təyyarədən təxliyyə edilib. “SpiceJet”dən verilən açıqlamada təyyarənin Patnadan Dehliyə uçduğu bildirilib. Uçuş zamanı ekipaj mühərrikə quşun girməsindən şübhələnib. Hadisənin […]

Cəmiyyət

Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu – AUDİO + VİDEO

Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan kafedra müəllimi işdən azad olunub.  Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetindən (BDU) bildirilib.  Belə ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, bir neçə gün əvvəl Oxu.Az-ın redaksiyasına müraciət edən […]

Cəmiyyət

Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb – FOTO

Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Xeberal.az

Cəmiyyət

İki ailənin yaşadığı ev YANDI: Yaralı var

Beyləqanda iki ailənin yaşadığı evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən birmərtəbəli evlərdən sahəsi 60 m² olan evin və bitişik, sahəsi 140 m² olan digər evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər […]

Mədəniyyət

Tarixi abidə ətrafında qanunsuz QAZINTI: Xəzinə axtarırlarmış

İyunun 18-dən 19-na keçən gecə Şəkinin Orta Zəyzid kəndinin ərazisində yerləşən tarixi Alban abidəsi ətrafında bir qrup naməlum şəxs tərəfindən qanunsuz qazıntı işləri aparılıb. Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O qeyd edib ki, sözügedən qanunsuzluğu […]

Siyasət

Fransızsayağı hiyləgərlik: Qondarma qurumun qondarma parlament rəhbəri Parisə səfər edib – VİDEO

Bu günlərdə Qarabağdakı qondarma qurumun qondarma parlamentinin rəhbəri Fransaya səfər edib, qurumun Parisdə qeyri-qanuni fəaliyyət göstərən nümayəndəsi ilə görüşüb. Mövzu ilə bağlı Baku TV sujet hazırlayıb. Məlumata görə, görüşdə Fransa siyasətçiləri və yerli hökumətlər tərəfindən göstərilən yardım, bunun davam etdirilməsinin zəruriliyi müzakirə edilib. Bu kimi səfərlərin qeyri-qanuni olması və etirazlar doğurmasına baxmayaraq, rəsmi Paris iddia […]

Siyasət

DTX-dən ƏMƏLİYYAT: Bir neçə general SAXLANILDI

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib. Bakupost.az xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb. Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir. Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Xeberal.az

Dünya

Rusiya Litvaya hədə-qorxu gəlib

Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Litvanın Rusiyanın Kalininqrad vilayətindən bir sıra malların tranzitini dayandırmaq qərarı olub. “Biz Litva tərəfinin beynəlxalq hüququn öhdəliklərini, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiyanın digər əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə Bəyanatını pozan təxribat xarakterli addımlarını […]

Cəmiyyət

Bakının əsas prospektlərindən birindəki qəza sıxlığa səbəb oldu

Paytaxtın Heydər Əliyev prospektində sıxlıq yaranıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospektində, əsas yolda üzü Koroğlu metrostansiyası istiqamətində (ASK Arenanı keçdikdən sonra) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda bu səbəbdən sözügedən yolda sıxlıq müşahidə olunur. Xeberal.az