Mədəniyyət

“Taxt-tac oyunları”nın əsas personajlarından Con Snou haqqında serial çəkilir – FOTO

ABŞ-ın HBO studiyası “Taxt-tac oyunları”nın (“Game of Thrones”) növbəti spin-offunu hazırlamağa başlayır. Bu barədə “The Hollywood Reporter” öz mənbələrinə istinadla xəbər verib. Nəşrdən bildirilir ki, bu, Con Snounun macəralarının davamı olacaq. Yeni layihənin süjeti orijinal serialdakı hadisələrdən sonra Con Snounun həyatı ilə bağlı olacaq. Xatırladaq ki, “Taxt-tac oyunları” serialının səkkizinci və sonuncu mövsümündə Snou əsl […]

MARAQLI

Gilas və albalının insan orqanizminə inanılmaz faydası açıqlanıb – FOTO

Gilas və albalı yuxuya daha sürətli getməyə, yuxu keyfiyyətini yaxşılaşdırmağa və müddətini artırmağa kömək edir. Bu barədə rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinsburq danışıb. O, bunu hər iki giləmeyvənin tərkibində olan melatoninlə əlaqələndirib. “Bu, həmçinin bədəndə serotonin və melatoninin xəbərçisi olan triptofan amin turşusu ilə də əlaqədardır”, – deyə Qinsburq əlavə edib. Həkimin sözlərinə […]

MARAQLI

“Google”un köhnə smartfonlarından Altsheymerin diaqnostikası üçün istifadəsinə başlanılıb – FOTO/VİDEO

Kaliforniya Universitetinin “DigiHealth” laboratoriyasının bir qrup tədqiqatçısı “Google Pixel-4” smartfonundan istifadə etməklə Altsheymer xəstəliyinə diaqnoz qoymağı öyrəniblər. Bu barədə “The Verge” alimlərə istinadla bildirib. Tədqiqatçıların fikrincə, insan gözləri Altsheymerin aşkarlanmasına kömək edə bilər. Xüsusi tətbiqin köməyi ilə “Pixel 4”-ün ön kamerasına göz bəbəyi çəkilir və məlumatlar laboratoriyaya göndərilir. Alimin sözlərinə görə, hələlik bu cür tədqiqatlar […]

MARAQLI

Vahimə yaradan ovsunlayıcı bulud dalğası hər kəsi heyran qoydu – VİDEO

Sosial şəbəkələrdə nadir təbiət hadisəsini əks etdirən video istifadəçiləri xeyli təəccübləndirib. Virus kimi yayılan paylaşım az müddətdə 100 mindən çox bəyənilib. Kadrlarda böyük dalğalara bənzəyən buludlar əks olunub. “Məndə bunun sunami olduğu təəssüratı yarandı. Əvvəllər belə bulud görməmişdim”, – deyə video müəllifi yazıb. Paylaşıma yüzlərlə şərh gəlib. İstifadəçilər mənzərədən heyranlıqlarını bildiriblər. Mənbə: Lenta.ru Xeberal.az

AKTUAL

Əli Nağıyev qaytarılan ermənilərin sayını açıqladı

Xəbər verdiyimiz kimi, bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Xəbəral.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının […]

İdman

Avropa çempionatı: Azərbaycanın iki bədii gimnastı finala çıxıb

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında çoxnövçülük hərəkətlərində finala vəsiqə qazanıb. “Report” xəbər verir ki, təsnifat mərhələsində Ağamirova 94.400 xalla 8-ci, Cəlilova isə 92.700 xalla 11-ci olub. Bundan başqa, Ağamirova gürzlə hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq 7-ci yerin sahibi kimi həlledici raunda adlayıb. Cəlilova isə lentlə hərəkətlərdə […]

MARAQLI

Pələngi sığallamaq istəyən zoopark işçisinin qorxudan ürəyi partladı – FOTO/VİDEO

Zoopark işçisinin benqal pələngini sığallamaq istəyi onun üçün faciə ilə bitib. Hadisə Meksikanın Miçiokan ştatında baş verib. 23 yaşlı Xose de Xesus pələngi sığallamaq üçün əlini volyerin içinə salıb. Vəhşi heyvan əvvəlcə bu nəvazişi müsbət qarşılasa da, sonra qəfildən Xesusun əlindən yapışıb. Gənc qışqıraraq xilas üçün kömək istəyib. Tezliklə heyvan baxıcının əlini buraxıb. Zooparka təcili […]

Müsahibə

Paralimpiya çempionu olan bacılar: “Xanım bu saç üslubu ilə rəqiblərini qorxudur” – MÜSAHİBƏ + FOTO

Ötən il Tokioda keçirilmiş Paralimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr əldə etdilər. Bu baxımdan Azərbaycana ən çox qızıl medal qazandıran paracüdoçular oldu. 14 qızıl medaldan 6-sı bu idman növünün payına düşdü. Bunlardan 63 kq çəki dərəcəsində Xanım Hüseynova və +70 kq-da Dürsədəf Kərimovanın qızıl medallar qazanmaları ilə heç kimə məlum olmayan bir fakt ortaya çıxdı. Bu iki […]

Müsahibə

Fransada kəmər qazanan kikboksçu: “İlk raundun ilk dəqiqəsində onu nokauta saldım” – MÜSAHİBƏ + FOTO

Kikboksinq üzrə dünya və Avropa mükafatçısı Turan Qafarovun Oxu.Az saytına müsahibəsi – İyunun 11-də Fransada keçirilən fransız boksu – savat adlı idman növündə qüvvənizi sınadınız. “Savat Pro Tur” adlı turnirdə iştirakınız necə oldu? – Yarış Fransanın Nansi şəhərində keçirilirdi. Dörd idmançı ora qatılmışdı: Fransadan Anj Kunzli, Mərakeş əsilli fransalı Əziz Abdelaui, Mərakeş əsilli italiyalı Ussama […]