Kriminal

Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

Azərbaycan Dövlət Arxivinin Şirvan filialının direktorunun qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, filialın direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun […]

İdman

“Formula-1”: İspaniyalı pilot Fernando Alonso Bakıda ötənilki yürüşü yada salır

“Ötən il “Formula-1” çempionatının Azərbaycan Qran-prisinin nəticələrinə görə Fernando Alonso altıncı yer tutub, halbuki o, finişə cəmi bir neçə dövrə qalanadək yalnız onuncu idi. Lakin qəzadan və Maks Ferstappen mübarizəni dayandırandan sonra yenidən start verildi, “Alpine” komandasının ispaniyalı pilotu yürüşü gözəl yerinə yetirərək şəhər trasının ilk döngələrində bir neçə rəqibini geridə qoydu”. AZƏRTAC xəbər verir […]

İqtisadiyyat

Qod Nisanov daha bir vəzifəsindən getdi

“Kiyev Ploşad” şirkətlər qrupunun sahiblərindən biri, Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib. Bu barədə şirkətlər qrupunun mətbuat xidmətindən bildirilib. “2022-ci il iyunun 3-də Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək və bu layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir. Nisanov […]

Kriminal

Bakıda işlədiyi evdən qızılları oğurlayan xadimə: “Qızımın müalicəsinə pul lazım idi”

Bakıda işlədiyi evdən 5 794 manat dəyərində qızıl oğurlayan xadiməyə hökm oxunub. “Kriminalqafqaz” xəbər verir ki, hadisə bu ilin yanvar ayında baş verib. Belə ki, Sevda Rəsulova (ad və soyad şərtidir) ilə “Facebook”da tanış olaraq onun evində çalışmağa başlayan Mariya Soltanova (soyad şərtidir) işinin üçüncü günü Sevdanın qızıllarını oğurlayaraq bir qismini satıb. Hadisə ilə bağlı […]

Kriminal

Amid Sədanın şantaj etdiyi qız da müğənni imiş

Gənc müğənni Amid Sədanın sevgilisini şantaj etdiyinə görə həbs edilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin çılpaq görüntülərlə hədə-qorxu gəldiyi gənc qız onun duet ortağı olub. Araşdırmalar zamanı məlum olub ki, Lalə Əlizadə (ad və soyad şərtidir) Amidlə birlikdə bir neçə mahnı ifa edib və klip çəkdirib. Amid onunla […]

MARAQLI

Merkel əsməcələrinin səbəbini açıqladı – FOTO/VİDEO

Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifə müddətinin bitməsinə az qalmış iştirak etdiyi rəsmi tədbirlərdə səhhətində yaranan nasazlıqla – əsməcələri ilə bağlı açıqlama verib. “Haber Global”ın məlumatına görə, politoloq bu barədə “Berliner Ensemble” dram teatrının zalında jurnalistin sualını cavablandırarkən danışıb. Onun sözlərinə görə, bu sarsıntıların bir səbəbi anasının ölümündən sonra çox təsirlənməsi və yorğunluğu olub. Merkel […]

MARAQLI

Fransanın 67 yaşlı sabiq prezidenti aktrisa ilə evləndi – FOTO

Fransanın keçmiş prezidenti Fransua Olland aktrisa Jüli Qaye ilə gizli şəkildə evlənib. Nikah ötən şənbə günü Korrez şəhərindəki Tulle meriyasında baş tutub. Şəhər rəsmilərinin sözlərinə görə, mərasim zamanı onlar tək olublar. Qeyd olunur ki, bu, Seqolen Royalla münasibətdən dörd uşaq atası olan 67 yaşlı Fransua Ollandın ilk evliliyidir. O da vurğulanır ki, 2006-cı ildə boşanan […]

AKTUAL

Qazilərə əlillik təyinatı verən sədr özü hərbi xidmətdə olmayıb

Qazilərin əlillik təyinatını verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspertiza Agentliyinin sədri Anar Bayramov özü hərbi xidmətdə olmayıb. Xəbəral.az xəbər verir ki, bu barədə Feysbukda MANAT səhifəsi məlumat yayıb.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Xəbəral.az

Müsahibə

Avropa çempionumuz: “Başqa ölkə adından çıxış etmək istəməkdə problem yoxdur” – MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov Azərbaycanın perspektivli idmançılarından sayılır. 25 yaşlı güləşçi 77 kq çəki dərəcəsində Rəsul Çunayevin əsas milliyə düşə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib. Sənan Süleymanovun Oxu.Az saytına müsahibəsini təqdim edirik:  – Qabırğanız nə vaxt sınıb? – Haradasa bir ay olar. Məşq zamanı baş verib. Hazırda milli komanda […]

Cəmiyyət

Zaqatalada 18 yaşlı oğlan 34 yaşlı kişini bıçaqlayıb

Zaqatalada 18 yaşlı oğlan 34 yaşlı kişini bıçaqlayıb. “Report”un əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini, 18 yaşlı Həzrət İbişov rayonun məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan 34 yaşlı Rəşadət Əzimova münaqişə zəminində bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkmiş kürəyindən daxilə keçməyən bıçaq xəsarəti və başın açıq yarası xəsarəti […]