Siyasət

Kremlin resepti: Yumşaq gücü necə zərərsizləşdirməli? – VİDEO

Ukraynadakı müharibə tədricən qlobal qarşıdurmaya çevrilir. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “Cənubi Qafqaz regionunun bu qarşıdurmadan kənarda qalacağını gözləmək sadəlövhlük olardı. Belə ki, dünyada, özü də bölgəmizin yaxınlığında regiona təsir edəcək olduqca ciddi və əhatəli proseslər cərəyan edir. Azərbaycan – Rusiya münasibətlərinin informasiya müstəvisində yaranmış vəziyyəti də məhz bununla əlaqələndirmək olar”, […]

Dünya

Berlindəki erməni cinayəti: Avtomobildən Türkiyə ilə bağlı sənədlər çıxdı – YENİLƏNİB + FOTO/VİDEO

Berlində erməni əsilli Almaniya vətəndaşının avtomobilini insanların üzərinə sürməsilə bağlı yeni təfərrüatlar məlum olub. İnsident nəticəsində artıq 6 nəfərin öldüyü, 30-a yaxın şəxsin isə yaralandığı bildirilib. Həmçinin, avtomobildən Türkiyə ilə bağlı sənədlərin tapıldığı, cinayətin öncədən planlaşdırıldığı və siyasi motivli olduğu barədə iddialar səsləndirilib. Mənbə: “Bild” 16:32 Almaniyada insanların üzərinə avtomobil sürən şəxsin kimliyi bəlli olub.  […]

Cəmiyyət

Qaxda qaydalara riayət etməyən sürücülər barəsində inzibati tədbir görülüb – FOTO

Qaxda Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbir keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, hərəkətin intensiv olduğu yollarda dayanma-durma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri […]

Dünya

Tehran nüvə obyektlərindəki müşahidə kameralarını söndürür

Tehran öz nüvə obyektlərindəki Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) məxsus və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindən kənara çıxan bütün müşahidə kameralarını söndürür. Bu barədə İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi məlumat verib. “İrandakı IAEA kameralarının təxminən 80%-i Nüvə Silahlarının Yayılmaması Müqaviləsinın təsiri alrına düşür və Tehran bu müqaviləyə əməl etməyə davam edir”, – o, […]

Cəmiyyət

Balakəndə ağır qəza: Sürücü öldü

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib. APA xəbər verir ki, hadisə saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 146-cı kilometrliyində – Balakən rayonu ərazisindən keçən hissəsində baş verib. 1993-cü il təvəllüdlü Balakən rayonu Mahmalar kənd sakini Kərim İbadullah oğlu Qaracayev idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni […]

Siyasət

Azərbaycanda Nazirliyin səlahiyyətləri ARTDI

Təhsil Nazirliyi həyata keçirdiyi funksiyalar artırılıb. AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Təhsil Nazirliyi təhsilverənlərin etik davranış və müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edəcək. Xeberal.az

Cəmiyyət

“Arzunun vaxtı” Bakıdakı dəvə təsərrüfatı haqqında: “Südü ətindən bahadır” – VİDEO

Dəvənin əti 17, südü isə 80-100 manatdır. Südü müalicəvi olduğu üçün bahadır. Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində Bakının Maştağa kəndində dəvə saxlamaqla məşğul olan İlham bəy deyib. Təsərrüfatında 20 dəvə olan İlham bəy onların qiymətinin 3-8 min manat arasında dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, dəvələri qurban kəsmək üçün belə alanlar var. Dəvələrə […]

Cəmiyyət

Masallıda Allahın ümidinə qalan məktəb – VİDEO

30 il ərzində bir dəfə belə olsa təmir edilməyən Bala Kolatan tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.  Altı sinif otağından ibarət təhsil ocağı 2020-ci ilə qədər ümumi orta məktəb kimi fəaliyyət göstərib. Sonradan kəndin imkanlı şəxslərindən birinin köməyi ilə məktəbə əlavə olaraq dörd otaq tikilib.  Nəticədə sözügedən təhsil müəsisəsi tam orta məktəbə çevrilib.  Daha ətraflı […]

Dünya

Ərdoğan Venesuelaya səfər edəcək

Venesuela prezidenti Nikolas Maduro Türkiyəyə rəsmi səfərə gəlib. Səfəri çərçivəsində dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdən sonra sənədlərin imzalanması mərasimi təşkil edilib. Daha sonra birgə mətbuat konfransı keçirən dövlət başçıları mediaya açıqlamalarla çıxış ediblər. Türkiyə prezidenti imzalanan sənədlərlə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini bildirib. Ərdoğan, həmçinin avqust ayında Venesuelaya səfər edəcəyini […]

İdman

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli olub. Oxu.Az xəbər verir ki, 2022/23 mövsümü avqustun 5-də start götürəcək. Turnirdə 10 komanda 4 dövrədə mübarizə aparacaq. Yeni mövsümdə I divizionun da start vaxtı da bilinib. Burada mübarizə avqustun 24-də başlayacaq. 2022/23 mövsümündə komandalar oyunçuları yenə iki dəfə qeydiyyata sala biləcək. Yay transfer pəncərəsi 10.06.2022 – […]