Dünya

İstanbulda şübhəli çantadan əl qumbarası çıxıb – VİDEO

İstanbulun Çağlayan rayonunda bir binanın girişinə qoyulan çantada partlayıcıya bənzər maddə göründüyü üçün polis qrupları dərhal hərəkətə keçiblər. Bomba zərərsizləşdirmə mütəxəssisləri tərəfindən təsbit edilən əl qumbarası zərərsizləşdirilib. Bu gün saat 12.30 radələrində vətəndaşlar təmir aparılan binanın içərisində tərk edilmiş çantada partlayıcıya bənzər maddə görüb, polisə xəbər veriblər. Hadisə yerinə aidiyyəti qruplar göndərilib. Aparılan araşdırmalar nəticəsində […]

Dünya

Rusiya ələ keçirdiyi ərazilərə KTMT sülhməramlılarını yerləşdirəcək?

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərinə, eləcə də Donetsk və Luqanska yerləşdirilməsinin mümkün olduğunu açıqlayıb. “İstisna etmək olmaz ki, Ukraynanın azad edilmiş ərazilərində, “DXR” və “LXR”də KTMT ölkələrindən sülhməramlılara tələbat olacaq”, – deyə Kartapolov jurnalistlərə bildirib. “Çətin ki, bəzi NATO ölkələrinin sülhməramlılar adı […]

Cəmiyyət

Abşeron rayonunda şəhid Əli Əliyevin doğum günü qeyd edilib

Xalqımızın zəfər qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medallarına layiq görülən Əliyev Əli Ələsgər oğlunun 25-ci doğum günü qeyd edilib. Anım tədbirində […]

Mədəniyyət

Nazirlik: “Müşfiqin doğulduğu evin bərpası mümkün deyil” – FOTO

“Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin Bakı şəhərində vaxtilə yaşamış olduğu evin bərpasına köməklik göstərilməsi barədə şəhər sakinləri tərəfindən də Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, bununla əlaqədar nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, lakin cavab olaraq bildirilib ki, […]

Dünya

Britaniya dördgünlük iş həftəsi ilə bağlı genişmiqyaslı eksperimentə başlayıb

Böyük Britaniyada onlarla şirkət bazar ertəsindən etibarən işçilərin maaşlarını itirmədən dördgünlük iş həftəsi kimi bir eksperimentə başlayır. Bu barədə “Sky News” nəşri məlumat yayıb. Təcrübədə bankçılıq, hotel biznesi, xidmət və hətta animasiya studiyaları da daxil olmaqla müxtəlif sahələrdən şirkətlər iştirak edir. Şirkətlər ən yüksək məhsuldarlığı saxlamaq şərti ilə işçilərə maaşlarının 100%-ni ödəməyə davam edəcəklər. Altı […]

Siyasət

Neçə çimərlik mövsümün açılışına hazırdır? – RƏSMİ

Dörd ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərliyi ərazisində – ümumilikdə altı yerdə fəaliyyət göstərən çimərliklərin ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ yaradılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri […]

İqtisadiyyat

“Prius” sahiblərinə ŞAD XƏBƏR: Kiçik mühərrikli avtomobilləri sığortalamayan şirkətlər CƏZALANDIRILACAQ

Kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumatda deyilir ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan […]

Dünya

Türkiyə yeni kamikadze PUA-sını təqdim etdi

Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan yeni kamikadze pilotsuz uçuş aparatı (İHA) “Kargı”nı ilk dəfə “EFES-2022” təlimləri çərçivəsində nümayiş etdirilib. Türk müdafiə sənayesi üçün bir çox ilkləri olan “Kargı” layihəsi düşmənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemindəki radarlarını və düşmənin “yer-hava” silah sistemlərini sıxışdırıb məhv etmək qabiliyyətinə malikdir. “Kargı” layihəsi “Lentatek”in rəhbərliyi altında ASELSAN, TÜBİTAK SAGE […]

Kriminal

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılanlar var

Külli miqdarda narkotik vasitəni Azərbaycan ərazisinə keçirən şəxslər saxlanılıblar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. İran İslam Respublikasının vətəndaşlarının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik […]

Kriminal

Nəcməddin Sadıkovun yaxın adamı barəsində yeni İTTİHAM

Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində ittihama yeni maddələr əlavə edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq təkrar rüşvət aldığı üzə çıxıb. Onun əməlləri Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və […]