Dünya

İstanbulda şübhəli çantadan əl qumbarası çıxıb – VİDEO

Sharing is caring!

İstanbulun Çağlayan rayonunda bir binanın girişinə qoyulan çantada partlayıcıya bənzər maddə göründüyü üçün polis qrupları dərhal hərəkətə keçiblər. Bomba zərərsizləşdirmə mütəxəssisləri tərəfindən təsbit edilən əl qumbarası zərərsizləşdirilib.

Bu gün saat 12.30 radələrində vətəndaşlar təmir aparılan binanın içərisində tərk edilmiş çantada partlayıcıya bənzər maddə görüb, polisə xəbər veriblər. Hadisə yerinə aidiyyəti qruplar göndərilib. Aparılan araşdırmalar nəticəsində çantada əl qumbarası olduğu aydın olub. Bomba təhlükəsiz şəkildə zərərsizləşdirildikdən sonra dəlil torbasına qoyularaq ekspertizaya aparılıb. Hadisə ilə bağlı bir şəxs dindirilmək üçün polis bölməsinə aparılıb. Araşdırma davam edir.

Mənbə: Sondakika

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir