Dünya

Britaniya dördgünlük iş həftəsi ilə bağlı genişmiqyaslı eksperimentə başlayıb

Sharing is caring!

Böyük Britaniyada onlarla şirkət bazar ertəsindən etibarən işçilərin maaşlarını itirmədən dördgünlük iş həftəsi kimi bir eksperimentə başlayır.

Bu barədə “Sky News” nəşri məlumat yayıb.

Təcrübədə bankçılıq, hotel biznesi, xidmət və hətta animasiya studiyaları da daxil olmaqla müxtəlif sahələrdən şirkətlər iştirak edir.

Şirkətlər ən yüksək məhsuldarlığı saxlamaq şərti ilə işçilərə maaşlarının 100%-ni ödəməyə davam edəcəklər.

Altı ay sürəcək və 3000 insanı cəlb edəcək eksperiment dünyanın hər yerində ən böyük dördgünlük pilot layihə olaraq qəbul edilir.

Tədqiqatın sponsoru olan “4 Day Week Global” şirkəti “Autonomy” beyin mərkəzi və “4 Day Week UK” ilə əməkdaşlıq edərək bu layihənin işçi qüvvəsinin məhsuldarlığına və rifahına təsirini ölçmək məqsədilə universitet alimləri ilə birlikdə işləyir.

Onlar həmçinin dördgünlük iş həftəsinin ətraf mühitə və gender bərabərliyinə necə təsir edəcəyini də qiymətləndirəcəklər.

 Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir