Kriminal

Toyda musiqi sifarişinə görə dava düşdü: Ər və arvad bıçaqlandı

İyunun ayının 5-də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov […]

Dünya

Rusiya Qara dənizdə qüvvələrini yenidən toplayır

“İyunun 6-na keçən gecə Rusiya bəzi gəmiləri müvəqqəti işğal etdiyi Krımdakı bazalarına aparıb. Bununla o, 12-yə qədər qanadlı raket zərbəsi endirə bilər”. Bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəsmi nümayəndəsi Sergey Bratçuk “Telegram”da məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri hücumları dəf etməyə hazırdır. “Rusiya gəmiləri yenidən qruplaşmaqda davam edir. Hazırda düşmən Qara […]

Müharibə

Ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar – VİDEO

Dünən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar. Məsələyə Rusiya sülhməramlıları da müdaxilə edib. Hadisənin necə bitdiyi məlum deyil. Xeberal.az

İdman

Azərbaycan millisi Serbiyada Belarusun qonağı olacaq – AFİŞA

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, bu gün millimiz Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionundakı qarşılaşmada Belarus millisinin qonağı olacaq. Belarus Ukraynaya müdaxilədə Rusiya ilə əlbir olduğundan, neytral meydanda oynamağa məcbur edilib. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər […]

Cəmiyyət

Azərbaycanın yaratdığı yeni reallıqları artıq dünya da qəbul edir

Azərbaycan dünya siyasi və iqtisadi arenasında baş verənləri Şuşa zirvəsindən izləyir. Dünya gücləri Azərbaycanın Cənubi Qafqazın taleyində nə dərəcədə mühüm rol oynadığı faktının artıq fərqindədir. Bir qədər diqqətli yanaşma və analitik düşüncəsi ilə seçilən otra statistik vətəndaş da Vətən Müharibəsindən sonra rəsmi Bakının dünyanın siyasi müstəvisindəki mövqeyinin gücləndiyini və region üçün taleyüklü məsələlərin həllində söz […]

İdman

Basketbol millimizdən tarixi uğur: Avropa çempionatına vəsiqə qazandılar – FOTO/VİDEO

Azərbaycanın 3×3 basketbol üzrə kişilərdən ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Oxu.Az xəbər verir ki, milli komanda Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinalda Lüksemburq yığmasına (15:13), finalda isə İrlandiya komandasına (20:16) qalib gəlib. Bununla da Azərbaycan millisi 9-11 sentyabr tarixlərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, final […]

İdman

Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə qarşılaşacaq

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər. Oxu.Az-ın məlumatına görə, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq. 37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb. Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 […]

Dünya

ABŞ-da küçədəki insanlara atəş açıldı: Ölənlər var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində küçədə insanlara atəş açılıb. Rayon polisindən verilən məlumata görə, insident şəhərin hərəkətli yerlərindən biri olan Cənub küçəsində baş verib. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, ən azı 11 nəfər yaralanıb. Polisin müdaxilə etmək üçün təcavüzkara atəş açdığı, təcavüzkarın isə iki silahını qoyub qaçdığı açıqlanıb. Mənbə: TRT Xeberal.az