Dünya

Medvedçuku 15 ilə qədər həbs gözləyir

Ukraynada dövlətə xəyanətdə ittiham olunan müxalif siyasətçi Viktor Medvedçuku 15 ilə qədər həbs cəzası gözləyir. Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu xəbər verib. “Təqsirləndirilən şəxsi əmlakı müsadirə olunmaqla və ya müsadirə olunmadan on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”, – deyə büronun “Telegram” kanalında bildirilib. Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti aprel ayında “Müxalifət […]

Cəmiyyət

Fəhləni xilas etmək üçün kanalizasiyaya düşən baş mühəndis ölüb – YENİLƏNİB

Biləsuvarda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə P.Əliyev küçəsində qeydə alınıb. Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Əsgərov Allahyar Xudayar oğlu ölüb, fəhlə 1991-ci il təvəllüdlü Mirzəyev Asif Vasif […]

Cəmiyyət

Əmlak bazarında “bir qızın iki adaxlısı” halları – FOTO

Son illər Azərbaycanda tikinti şirkətlərinin bir mənzili bir neçə şəxsə satması ilə bağlı hallar xeyli azalsa da, yenə də qalmaqdadır. Amma bu, daşınmaz əmlak bazarında rast gəlinən yeganə dələduzluq deyil. Bəzən hətta bir mənzilin bir neçə şəxsə kirayəyə verilməsinə də rast gəlinir. Son nəticədə bəziləri qeyri-qanuni yolla pul qazanır, bəziləri isə həm pulunu, həm də […]

Cəmiyyət

Narkotikin təsiri altında saxlanılan taksi sürücüsü xəstəxanada öldü – FOTO

Bakıda narkotikin təsiri altında saxlanılan sürücü dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, paytaxtın Biləcəri qəsəbə sakini 39 yaşlı Tahir Fərzəliyev narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T. Fərzəliyevin narkotikdən zəhərləndiyi […]

Cəmiyyət

Polis əməliyyat keçirdi: 46 narkotacir tutuldu – FOTO/VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə 46 narkotacir tutulub olardan 101 kiloqram narkotik maddə aşkar edilib. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 46 üzvü saxlanılıb. […]

İqtisadiyyat

Lənkəranlı fermerlər çətinliklə üzləşiblər: Çay plantasiyaları ləğv ediləcək? – VİDEO

Vaxtilə Azərbaycanda 13 min hektara qədər çay plantasiyası olub ki, bunun da 7 min hektarı Lənkəranın payına düşüb. İndi isə vəziyyət fərqlidir. Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı Baku TV sujet hazırlayıb. Lənkəranda 600 hektara yaxın torpaq sahəsində çay əkilib, bunların 400 hektarı məhsuldar, qalanı isə yeni salınan çay plantasiyalarıdır. Hazırda çay sahələrində yığımlara […]

Kriminal

İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan […]

Dünya

ABŞ-dan Qod Nisanov və Zaxarovaya qarşı sanksiya

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Bu dəfə daha 16 fiziki və 15 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, sanksiyaların təsiri altına düşən şəxlər arasında Azərbaycan əsilli iş adamı Qod Nisanov və Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da var. Mənbə: “RİA Novosti” Xeberal.az

Siyasət

Kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın iclası iyunun 3-də keçiriləcək

İyunun 3-də Moskvada Kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın iclası keçiriləcək. Bu barədə Ermənistan baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Qeyd edək ki, işçi qrupu  regionda kommunikasiyaların (xüsusən də Ermənistanla Azərbaycan arasında dəmir yolu və avtomobil yollarının) açılması məsələlərini müzakirə edir. O, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2021-ci ilin yanvarında verdiyi bəyanat əsasında yaradılıb. İşçi […]

Cəmiyyət

“Kənd icmalarında qadın liderlər” layihəsi: 150-yə yaxın iştirakçı qoşulub – FOTO

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” adlı layihə başa çatıb. Qazax rayonunu əhatə edən layihədə 150-yə yaxın kənd sakini olan qadın iştirak edib.  Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla […]