Cəmiyyət

“Kənd icmalarında qadın liderlər” layihəsi: 150-yə yaxın iştirakçı qoşulub – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” adlı layihə başa çatıb.

Qazax rayonunu əhatə edən layihədə 150-yə yaxın kənd sakini olan qadın iştirak edib. 

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.

Qeyd edək ki, 4 ay davam edən layihə çərçivəsində 7 kənddə İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilib. Daha sonra seçilmiş iştirakçılar “Elektron Hökümət” mövzusunda təlimlərə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir