Siyasət

Kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın iclası iyunun 3-də keçiriləcək

Sharing is caring!

İyunun 3-də Moskvada Kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın iclası keçiriləcək.

Bu barədə Ermənistan baş nazirin müavini Mher Qriqoryanın ofisindən bildirilib.

Qeyd edək ki, işçi qrupu  regionda kommunikasiyaların (xüsusən də Ermənistanla Azərbaycan arasında dəmir yolu və avtomobil yollarının) açılması məsələlərini müzakirə edir.

O, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2021-ci ilin yanvarında verdiyi bəyanat əsasında yaradılıb. İşçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Mənbə: “Sputnik Armenia”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir