İdman

FHN-in karate komandasının üzvü Avropa çempionatında uğur qazandı – FOTO

20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib. Oxu.Az xəbər verir ki, turnirdə 18 ölkənin 1 200-dən çox idmançısı mübarizə aparıb. Çempionatda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvü Xəyal Məmmədov – 84 kiloqram çəki […]

Cəmiyyət

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi – ÖZƏL

Azərbaycan İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib. Oxu.Az-ın məlumatına əsasən, İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iddiası qaldırılıb. “McDonald’s Azerbaijan” müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirilir. Buraya icarə müqaviləsi üzrə mübahisələr də daxildir. Qeyd edək ki, məhkəmə prosesi iyun ayında başlayacaq. Aqil Vəlili Xeberal.az

Müsahibə

Mövlud Çavuşoğlunun qardaşı: “Ötən il Astaraya da getmişdim” – MÜSAHİBƏ

Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlunun Oxu.Az saytına müsahibəsi. – Bu yaxınlarda Bakıda oldunuz. Buraya ilk səfəriniz idi? – Xeyr, artıq üçüncü dəfə idi, Bakıya gəlirdim. Bakıya ilk dəfə gələndə şəhəri gəzmək imkanı əldə etməmişdim. Amma ötən il AVRO-2020 ilə bağlı Bakıda olanda şəhərinizi gəzmişdim. Həmin vaxt “İdman” telekanalının da qonağı olmuşdum. Onda Bakıdan başqa, […]

Cəmiyyət

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA? – FOTO

Bu aralar şair, Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin Azərbaycanda dərsliklərin bərbad vəziyyətdə olması barədə çıxışı, məktəblilər üçün dərslikləri nəşr edən “Altun” nəşriyyatının direktoru, Rafiq İsmayılovu tənqid etməsi cəmiyyətdə geniş müzakirə olunur. Qəşəm Nəcəfzadə dərsliklərə tanınmış şair və yazıçıların əvəzinə heç kimin tanımadığı müəlliflərin adlarının daxil edilməsini sərt tənqid edib və […]

Dünya

ABŞ-ın Sanni Ayls Biç şəhərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan olunub

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 28 may 2022-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.  Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. Tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və […]

İdman

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək.  Oxu.Az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq.  Sayca 30-cu finalda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu “Qarabağ” “Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir.  Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq […]

İqtisadiyyat

Rusiyalı general brakonyerliyin qarşısının alınması üzrə Azərbaycanla görülən tədbirlərdən danışdı

“Xəzər dənizinin akvatoriyasında brakonyerlik fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin səmərəliliyi artıb. Azərbaycan və Qazaxıstanın sərhəd qurumları ilə birgə həyata keçirilən tədbirlər zamanı ekoloji qanunvericiliyin tələblərini pozan 1500-dən çox şəxs saxlanılıb”. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov bəyan edib. Onun sözlərinə görə, əməliyyat zamanı əlavə olaraq 60 […]

Cəmiyyət

Bakıda 14 yaşlı qız YOXA ÇIXDI: Anası axtarır

Bakıda yeniyetmə qız itkin düşüb. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə onun anası Y.Mirvelişyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib. A.Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Xeberal.az

Cəmiyyət

Bakıda QƏZA: Avtomobil altı yaşlı uşağı vurdu

Bakıda avtomobil azyaşlını vuraraq xəsarət yetirib. “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Əliyev Əkbər Loğman oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az