Siyasət

RF ordu generalı: “Rusiya-Azərbaycan sərhədinin beynəlxalq qeydiyyatı üzrə işlər başa çatdırılmayıb”

“Hazırda Rusiyanın Azərbaycan, həmçinin Ukrayna, Qazaxıstan və ABŞ-la dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər başa çatdırılmayıb”. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov bəyan edib. Onun sözlərinə görə, Rusiya Federasiyasının heç bir qonşu dövlətə ərazi iddiası yoxdur və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsip və […]

Dünya

Rusiya gəmisi ilə daşınan İran nefti ABŞ-a göndərildi

ABŞ Yunanıstan yaxınlığında Rusiyaya məxsus gəmidə daşınan İrana məxsus nefti müsadirə edib. Yunanıstanın gəmiçilik nazirliyindəki mənbədən bildirib ki, Yunanıstan tərəfinə gəmidəki yükün İran nefti olması barədə məlumatı ABŞ Ədliyyə Nazirliyi ötürüb. Bildirilir ki, müsadirə olunan neft yük gəmisi ilə ABŞ-a göndərilib. Xatırladaq ki, ötən ay Yunanıstan sularında Avropa İttifaqının sanksiyalarının tətbiqi ilə əlaqədar Rusiyanın “Pegas” […]

İqtisadiyyat

Azərbaycan nefti üç dollaradək BAHALAŞDI

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 2,94 ABŞ dolları və ya 2,39% artaraq, 125,75 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 […]

Cəmiyyət

Bakı metrosunda gənc qızın halı pisləşdi

Bakı metrosunun “Sahil” stansiyasında bir nəfərin halı pisləşib.  Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib.  Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib. O bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil: “Sərnişin stansiyaya daxil olmamış […]

Cəmiyyət

Azərbaycanda baş verən ağır qəzanın görüntüləri – ANBAAN VİDEO

Dünən Azərbaycanda baş verən qəzanın görüntüləri yayılıb.  Oxu.Az xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.  Qəza zamanı “Nissan”, “Hyundai”, KİA və QAZ markalı avtomobillər zərər görüb.  Görüntülərdən məlum olur ki, hadisəyə səbəb “Hyundai” markalı avtomobilin manevr qaydasını pozması olub.  Ötmə əməliyyatı həyata keçirən “Nissan” əvvəlcə “Hyundai” markalı maşına, daha sonra isə yol kənarında dayanan […]

Dünya

Almaniya kansleri: “Putin müharibədə qalib gəlməməlidir”

Almaniya kansleri Olaf Şolts Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiyanın Ukraynadakı aqressiv müharibəsini uğursuzluq kimi qiymətləndirib və Putinin qalib gəlməməli olduğunu bildirib. “Stern” nəşri Şoltsun çıxışından sitat gətirib. “O, artıq bütün strateji hədəflərini əldən verib. Bu gün Rusiyanın bütün Ukraynanı ələ keçirməsi müharibənin əvvəlində olduğundan daha uzaq görünür”, – deyə Olaf Şolts bildirib. Almaniya […]

Kriminal

Ötən gün evində yanaraq ölən müəllim qızının toyundan qayıdıbmış – TƏFƏÜRRÜAT + VİDEO

Gecə Bakıda yanğın olub. Hadisə zamanı ev sahibi 61 yaşlı qadın yanaraq ölüb. Hadisədən sonra mənzildən qadına məxsus qızıllar və pul tapılmayıb. Mərhumun həyat yoldaşı və yaxınları hadisənin qəsdən törədildiyini ehtimal edirlər.  Türkiyədən Bakıya qayıdan qadın yaşadığı evdə yanaraq ölüb. Hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Beşmərtəbəli binada yaşayan sakinlər 3-cü […]

Dünya

Ev sahibindən qaçan oğru damdan uşağın üstünə düşdü – VİDEO

Türkiyənin İstanbul şəhərində əcnəbi şəxs oğurluq etmək üçün girdiyi evin damından küçəyə tullanıb. Ev sahibindən qaçan şəxs küçədə, məktəbə gedən doqquz yaşlı Furkan A. – nın üstünə düşüb. Baş verənlərdən təəccüblənən uşaq ayağından yüngül xəsarət alıb, oğru isə təşviş içində qaçmağa başlayıb. Dalana dirənən küçədə qaçmağa yer olmadığından oğru bu dəfə də həmin ərazidəki binaya çıxıb. Buradan […]

Kriminal

DSX-nin hərbçisi niyə intihar edib?

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu intihar edib. “Qafqazinfo” MAXE-nin intiharı ilə bağlı bəzi məlumatları əldə edib. Məlumata görə, Canmirzə Şirəliyevin kifayət qədər borcu olub və bunu ödəyə bilməyib. İntiharın bu səbəbdən baş verdiyi ehtimallar […]

Dünya

Meksikada baş verən güclü zəlzələ təhlükəsizlik kamerasına düşdü – VİDEO

Meksikanın Oaxaka şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Meksikanın mülki müdafiə agentliyinin əməkdaşları yeraltı təkanların fəsadlarını aradan qaldırmaq üçün Oaxakaya yollanıb. Yeraltı təkanların paytaxt Mexikoda da hiss olunub. Sosial şəbəkələrdə Oaxakadakı zəlzələnin baş vermə anını əks etdirən görüntülər yayılıb. Mənbə: Wtvbam.com Xeberal.az