Siyasət

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olub. Bununla bağlı görüntüləri Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb. O, paylaşıma “Ağalı kənd sakinləri üçün isti təndir çörəyi. Allah hər evə, hər ocağa bol ruzi-bərəkət nəsib etsin!” şərhini əlavə edib.         Посмотреть эту публикацию в Instagram   […]

Cəmiyyət

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı – FOTO

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar. Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər. Azərbaycan Prezidenti görüşdə çıxışında bildirib: “Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin […]

Cəmiyyət

Mehriban Əliyeva Zəngilanda çörək kəsib – VİDEO

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində Ağıllı kənd layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Onlar həmçinin kəndin ictimaiyyət nümayəndələri ilə görüşüblər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağalı kəndindəki mağazaya da baş çəkiblər. Mehriban Əliyeva mağazada satılan isti təndir çörəyinin dadına baxıb. Daha […]

Cəmiyyət

Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanın milli bayramı – Müstəqillik Günü qeyd olunur. 104 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Yüz dörd il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti […]

Dünya

ABŞ hərbi kontingentini Kiyevə göndərə bilər

Pentaqon və Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyinin mühafizəsi üçün hərbi kontingentin göndərilməsi imkanını aktiv şəkildə müzakirə edir. Bunu ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, bu barədə hələlik heç bir qərar qəbul edilməyib. “Biz səfirliyimizin təhlükəsizliyini təmin etmək üçün ABŞ hərbi kontingentinin Kiyevə göndərilməsi mövzusunda Dövlət Departamenti ilə fəal məsləhətləşmələr aparırıq. Lakin […]

Siyasət

Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? – VİDEO

1920-ci il yanvar ayında artıq bir ildən çox idi ki, Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini elan etmişdi. Lakin müstəqilliyin əsas meyarı olan beynəlxalq səviyyədə tanınması baş verməmişdi.  Yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırılır və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olunur. Yanvar ayının 11-də müttəfiqlərin Ali Şurası, İngiltərənin […]

Dünya

Belaruslar Ukraynadakı müharibədə iştiraka görə cinayət məsuliyyəti daşıyırlar

“Ukraynadakı münaqişədə iştirak edən və onu maliyyələşdirən belaruslar cinayət məsuliyyətinə cəlb oluna bilərlər”. Bu barədə Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora ONT telekanalının efirində məlumat verib. O, aparıcının xaricdəki belarus müxalifətçilərin ölkə vətəndaşlarını maliyyələşdirdikləri, daha sonra Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün göndərildikləri barədə bəyanatından sonra belə bir çıxış edib. Qora qeyd edib ki, ölkə qanunvericiliyində […]

Manşetüstü

Qara Qüvvələr Cəlilabaddan nə istəyir?

Xəbəral.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı Ali baş komandanımız İlham Əliyevin, Azərbaycan ordusunun zabit, əsgər heyyətinin, igid könüllü gənclərimizin qəhrəmanlığı ilə, “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad oldu. Respublikamızın hər yerində olduğu kimi Cəlilabadlılar da Azərbaycan prezidentinin qismən hərbi səfərbərlik çağırışına səs verərək könüllü olaraq düşmənlə üz-üzə,qanlı […]

Dünya

Yeni Zelandiyada koronavirusa qarşı ikinci buster doza tövsiyə edildi

Yeni Zelandiya səlahiyyətliləri xəstəliyə yoluxma və onu ciddi şəkildə keçirmə riski artan hər kəsə koronavirusa qarşı dördüncü peyvəndi tövsiyə edirlər. Bu barədə hökumətin saytında məlumat qeyd olunub. 2022-ci il iyulun 1-dən etibarən ikinci buster dozanın vurulmasına başlanacaq. Bildirilir ki, “ikinci buster peyvəndlə immunlaşdırma ən həssas kateqoriyalı vətəndaşlar üçün son dərəcə vacibdir və soyuqdəymələrin mövsümi pik […]

Cəmiyyət

Övladına toy edən ailənin evi yandı – FOTO

Bərdə rayonunda yanğın hadisəsi baş verib. Trend xəbər verir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində baş verib. İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar. Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları […]