Siyasət

Prezident itkin düşən dörd minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb. Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib. Dövlət başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan […]

Siyasət

İlham Əliyev: “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq”

“Bu ilin aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib və bu xüsusda danışıqlara hazırdır”. Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl […]

Dünya

Nikol Paşinyan Şarl Mişellə təkbətək görüşüb – YENİLƏNİB

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, – məlumatda deyilir.   19:55 Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının […]

Dünya

Tacikistanda etirazların təşkilatçısı öldürüldü

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi Xoroq şəhərindəki etirazların təşkilində günahlandırılan Məmədbokir Məmədbokirov öldürülüb. Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib. Onun mütəşəkkil cinayətkar qruplaşmanın lideri olduğu bildirilib. “Məmmədbokirov daxili kriminal çəkişmələr nəticəsində öldürülüb”, – məlumatda qeyd edilib. Xatırladaq ki, sözügedən şəxs Xoroqda iğtişaşların təşkilində, hökumət əleyhinə mitinqlərdə və Tacikistanı Çinlə birləşdirən […]

Dünya

Finlandiya XİN: “Türkiyəyə PKK ilə bağlı zəmanət verə bilərik”

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Yle” telekanalına müsahibəsində bildirib ki, Helsinki Ankaraya Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrin daha diqqətlə izlənəcəyinə zəmanət verə bilər. “Türkiyəyə bu cür zəmanətləri sözsüz ki, verə bilərik. PKK Avropada terror təşkilatı kimi qəbul edildiyi üçün Finlandiyada da terror fəaliyyətinin qarşısının alınması vacibdir. Bizim də bu işə […]

Cəmiyyət

Mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün […]

İdman

Gimnastlarımız “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” beynəlxalq turnirdə iki medal qazanıb

Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə keçirilən “IV Qdınyanın bədii gimnastika ulduzları-2022” adlı beynəlxalq turnirdə çıxış edən yığma komandamızın böyüklərdən ibarət qrup hərəkətləri üzrə ikinci heyəti daha iki medal qazanıb.  Bu barədə Gimnastika Federasiyası məlumat yayıb. Belə ki, dünən çoxnövçülükdə birinci olan komandamız bu gün 5 halqa ilə qızıl, 3 lent və 2 topla hərəkətlərin […]

İqtisadiyyat

KİV: “Avropa Azərbaycandan enerji nəqlini artıra bilər”

Avropa Azərbaycandan enerji nəqlini artıra bilər. “Report” xəbər verir ki, bu barədə İtaliyanın “Consumatore.com” portalı məlumat yayıb. Qeyd edilir ki, Avropa İttifaqı (Aİ) üzv ölkələrə günəş panellərini məcburi etmək üçün maliyyə vəsaiti hazırlayır: “Bahalı enerji təkcə İtaliyada daxili müzakirələrin mərkəzi mövzusu deyil. Enerji məsələsi bütün Avropanı narahat edir. Nəticə isə elektrik enerjisinin əhəmiyyətli bir hissəsinin […]