Müsahibə

Kadi Borqes: “Möhtəşəm bir komandanı təmsil etdiyim üçün xoşbəxtəm” – MÜSAHİBƏ

İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən 2021/2022 mövsümünün futbolçusu seçilən “Qarabağ”ın futbolçusu Kadi Borqes müfakatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Oxu.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə mövsümü bombardir kimi başa vuran braziliyalı yarımmüdafiəçi qarşıya qoyulan hədəflərdən danışıb. – Mövsümün futbolçusu seçilməyinizlə bağlı təəssüratlarınız necədir? – Son aylar möhtəşəm hisslər yaşayıram. Həm çempionluğun qeyd olunması, həm […]

İdman

F1: İspaniya Qran Prisini Ferstappen qazandı

“Red Bull” komandasının pilotu Maks Ferstappen F1 üzrə İspaniya Qran Prisinin qalibi olub. O, “Ferrari”nin sürücüsü Çarlz Leklerin avtomobildəki texniki problemlərə görə yarışı yarımçıq başa vurmasından istifadə edib. İkinci yeri onun komanda yoldaşı Serxio Peres tutub. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel qapayıb. Mənbə: championat.com Xeberal.az

Cəmiyyət

Gəncənin Cavadxan qəsəbəsinin bitməyən su dərdi – VİDEO

Gəncənin Cavadxan qəsəbəsinin sakinləri artıq uzun müddətdir ki, su üzünə həsrət qalıb. Yay fəslinin yaxınlaşması isə bu insanların suya olan ehtiyaclarını daha da artırır. Sakinlər deyir ki, su maşınları ilə çənlərini dolduraraq ehtiyaclarını təmin etməyə çalışırlar.  Bu isə onlara cəmi iki-üç gün görür. Daha ətraflı Baku TV-nin süjetində:   Xeberal.az

İdman

“Milan” 19-cu çempionluğunu 11 il sonra qazandı – VİDEO

Bu gün İtaliya A seriyasında 2021/2022 mövsümünə yekun vurulub. Oxu.Az xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib. Turnir cədvəlinin lideri “Milan” 38-ci turda “Sassuolo”nun qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb. İkinci pillədə olan “İnter” isə son turda “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib. Beləliklə, “Milan” […]

Dünya

Çavuşoğlu NATO-nun baş katibi ilə danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Danışıqların təfərrüatları hələ ki, açıqlanmayıb. Lakin söhbətin başlıca mövzusunun İsveç və Finlandiyanın alyansa qəbulu ilə bağlı Türkiyənin tələbləri ətrafında olduğu güman edilir. Mənbə: TRT Xeberal.az

İdman

“Mançester Siti” Premyer Liqa çempionu oldu – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib. Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparıb. Son tura 90 xalla 1-ci pillədə girən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə “Aston Villa”nı (45 xal, 14-cü yer) ilə qəbuledib. 3:2 hesablı qələbə qazanan “Siti” çempionluğu bayram edib. Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun […]

Cəmiyyət

Ucarda avtomobil piyadanı vurdu: Vəziyyəti ağırdır

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı – Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib. “Ford” markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən […]

Siyasət

İlham Əliyevlə Şarl Mişel arasında rəsmi görüşöncəsi səmimi söhbət – FOTO

Mayın 22-də Brüsselə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin burada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü diqqət çəkib. İkili arasında rəsmi təkbətək görüşdən əlavə, ayaqüstü səmimi söhbət də olub. Görüşdə iştirak edən media nümayəndələrinin diqqətindən qaçmayan rəsmi görüşöncəsi söhbət zamanı liderlərin bir-biri ilə səmimi münasibətləri xüsusi diqqət çəkib. İkili cari məsələlərin müzakirəsi ilə yanaşı Avropa […]

Siyasət

İlham Əliyev: Azərbaycanın təqdim etdiyi beş prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır

Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır. Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib. Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası […]