İqtisadiyyat

Deputat: “Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin”

“Aztəminatlı ailələrdə uşağın sağlam böyüməsi üçün uşaq pulu bərpa edilməlidir”. Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat uşaq pulunun niyə gündəmdə olmadığına aydınlıq gətirib: “Uşaq pulu iqtisadi imkanları güclü olan ölkələrdə verilir, məsələn, bəzi Avropa və ərəb ölkələrində. Uşaq pulunun verilməsi uşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən amildir. Ölkəmizdə 2006-cı ilə qədər […]

Siyasət

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoşniyyətli yaxınlaşmalarına cavab verməlidir”

“Ermənistan Azərbaycanın xoşniyyətli yaxınlaşmalara cavab verməlidir”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib. Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə […]

Cəmiyyət

Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb

Gəncə sakinin idarə etdiyi “VAZ” markalı avtomobildə marixuana ələ keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Qeyd edək ki, N.Musayev əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. […]

Dünya

Britaniyalı onu qonaqlığa dəvət etməyən həmkarlarından 93 min dollar təzminat aldı

İngiltərə sakini qonaqlığa dəvət olunmadığı üçün iş yoldaşlarını məhkəməyə verib. Kazinoda çalışan 51 yaşlı Rita Leer bildirib ki, həmkarları tez-tez ondan qaçır və ünsiyyət qurmaq istəmirlər. Qadın bundan narahat olmamağa çalışıb. Ancaq məclisə dəvət olunmayan tək adam olduğunu öyrəndikdən sonra inciyib və haqsızlıqla barışa bilməyib. Qadın həmkarlarını ayrıseçkilikdə ittiham edərək məhkəməyə verib. İş üzrə ilk […]

Dünya

Qlobal iqtisadiyyat yeni təhlükə ilə üzləşə bilər

Qlobal iqtisadiyyat getdikcə daha çox 1970-ci illərin sınaqlarını xatırladan staqflyasiya təhlükəsi altındadır və bu, Ukraynadakı müharibənin nəticələrinin öhdəsindən gələn qlobal maliyyə liderləri üçün problemdir. Bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bəyan edib. “Ukraynadakı müharibənin iqtisadiyyat üçün əlavə nəticələri var. Bu, inflyasiyanın artması və pandemiyadan çıxış sürətinin azalması deməkdir. Staqflyasiya ssenarilərindən qaçmaq üçün nə edə biləcəyimizi […]

Dünya

2500 şəxsiyyəti olan qadın ona təcavüz edən atasına qalib gəldi

2500 şəxsiyyəti olan Britaniya əsilli avstraliyalı Ceni Heyns zorakılıqda ittiham olunan atası Riçard Heynsə qarşı məhkəmə prosesində qalib gəlib. Zərərçəkənə 840 min dollar təzminat ödənilib. Qadın dörd yaşından 11 yaşına qədər atası tərəfindən zorakılığa məruz qalıb. Nəticədə onda şəxsiyyət pozğunluğu inkişaf edib. 2009-cu ildə zərərçəkmiş atasından polisə şikayət edib. 2017-ci ildə kişi Böyük Britaniyadan Avstraliyaya […]

Dünya

Tayson Fyuri taksini təpiklədi – VİDEO

Britaniyalı boksçu Tayson Fyuri Fransanın Kann şəhərində problem yaşayıb. Sosial şəbəkələrdə sərxoş vəziyyətdə olan idmançının taksi maşınına təpik vurduğu video yayılıb. Videoda boksçunun atasının Fyurini maşına oturtmağa çalışdığı əks olunub. Lakin taksi sürücüsü, görünür, belə vəziyyətdə sərnişini daşımaqdan imtina edib. Buna cavab olaraq Tayson maşını təpikləyib. Xatırladaq ki, aprelin 24-də boks üzrə ağır çəkidə dünya […]

Dünya

Ofisiant illər öncə eşitdiyi rəqəmlər sayəsində varlandı

ABŞ-ın Virciniya ştatının Virciniya Biç şəhərində baş ofisiant işləyən qoca vaxtilə bir nəfərdən öyrəndiyi rəqəmlərlə cekpotu udaraq varlanıb. İtalyan restoranının 82 yaşlı böyük ofisiantı Visent Moskera lotereya bileti alıb və üzərinə uzun illər əvvəl eşitdiyi və xatırladığı rəqəmlərin kombinasiyasını yazıb. Püşkatma nəticəsində çəkilmiş bütün nömrələr onun yazdıqları ilə üst-üstə düşüb və o, 285,3 min dollar […]

İdman

“Everton” “come-back”lə Premyer Liqada qalmağı təmin etdi, “Çelsi”dən heç-heçə – VİDEO

İngiltərə Premyer Liqasında XXXVII tura yekun vurulub. Oxu.Az xəbər verir ki, son turun iki oyunu xüsusilə maraqlı olub. Belə ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Everton” iki top fərqi ilə geri düşdüyü oyunda möhtəşəm “come-back” edərək “Kristal Palas” üzərində 3:2 hesablı qələbə qazanıb. Bu qələbə ilə 3 xal qazanan Frenk Lempardın komandası Premyer Liqada […]