Dünya

Paşinyan: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir”

Ermənistan və Azərbaycan nümayəndələri sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı yaxın vaxtlarda görüş keçirəcəklər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. O, əlavə edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü də gözlənilir. “Biz çox çətin sınaqlardan keçdik, lakin düzgün yolda olduğumuza əminik”, – deyə Paşinyan bəyan edib. Mənbə: news.ru Xeberal.az

Mədəniyyət

Bakıda fortepiano festivalı keçiriləcək – FOTO

Mayın 20-dən 27-dək Bakıda ilk beynəlxalq fortepiano festivalı keçiriləcək. Oxu.az xəbər verir ki, festivalın təsisçisi və direktoru Azərbaycanın əməkdar artisti Şahin Növrəslidir. Həftə ərzində aparıcı xarici və Azərbaycan fortepiano virtuozları tamaşaçılara yaxşı musiqidən həzz almaq imkanı verəcək. Həftənin hər günü musiqisevərlər klassikdən caza qədər müxtəlif janrlarda konsertlərdən birini seçə bilərlər. Festival Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi […]

Cəmiyyət

“After&Before” təqdim olundu – FOTO

Azərbaycan millisinin sabiq cüdoçusu və qadınlardan ibarət yığma komandanın məşqçisi Kifayət Qasımova haqqında bədii-sənədli filmin təqdimat mərasimi keçirilib. “Report”un məlumatına görə, jurnalist Azər İsmayılın müəllifi olduğu “After&Before” adlanan ekran işi ilə bağlı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Gənclər və […]

Dünya

Əfqanıstanda qadınlar azadlıq nümayişinə çıxdılar – VİDEO

Əfqanıstanda “Taliban”ın burka əmrinə qarşı çıxan qadınlar paytaxt Kabil küçələrində etiraz aksiyası keçiriblər. Əfqanıstanda bununla bağlı vəziyyət getdikcə gərginləşir. Azadlıq mübarizəsinə davam edən qadınlar “Geyimimə qarışma”, “Geyimim kimliyimdir” kimi şüarlarla burka qərarına etiraz ediblər. Mənbə: Haber Global Xeberal.az

MARAQLI

Binanın səkkizinci mərtəbəsindən sallanan üç yaşlı uşağı xilas etdi – VİDEO

37 yaşlı kişi binanın səkkizinci mərtəbəsində pəncərədən sallanan üç yaşlı uşağı xilas edib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb. Hadisə Qazaxıstanın Nur-Sultan şəhərində baş verib. Məlumata görə, özü 4 uşaq atası olan Sabit Şontakbayev iki həftə öncə şəhərə köçüb. O, səhər işə yollanarkən həyətdə insanların təlaşa düşdüyünü görüb. Yuxarıda sallanan uşağı gördükdə isə düşünmədən köməyə qaçıb. Uşağı […]

MARAQLI

Ata və qızı həyatlarını riskə ataraq karantinə görə möhürlənmiş mənzillərindən qaçdılar – VİDEO

Sosial şəbəkələrdə Şanxay sakinlərinin möhürlənmiş mənzildən qaçdıqlarını əks etdirən görüntülər yayılıb. Kadrlarda ata və qızının həyati risk bahasına binanın altıncı mərtəbəsindən kəndir nərdivanla düşdükləri görünür. Qeyd edək ki, Çin hökumətinin karantin səbəbindən öz vətəndaşlarını mənzildə möhürlədiyi barədə mediada xəbərlər yayılıb. Sakinlər də ərzaq ehtiyacını ödəmək və azad nəfəs almaq üçün bəzən belə təhlükəli yollara baş […]

Dünya

Cennifer Lopes ukraynalılara dəstək üçün xeyriyyə konsertində iştirak edəcək

Amerikalı ifaçı Cennifer Lopes Ukraynaya dəstək məqsədilə “LuisaViaRoma” xeyriyyə qala-konsertində iştirak edəcək. Tədbir iyulun 30-da İtaliyanın Kapri şəhərindəki Çertoza-di-San-Cakomo adasında baş tutacaq. Xeyriyyə gecəsində toplanan pullar Rusiya işğalına görə evlərini tərk edən ukraynalı qaçqınlara yardıma yönəldiləcək. Bildirilir ki, hazırda Ukraynada olan UNICEF-in nümayəndələri konsertə videobağlantı vasitəsilə qatılacaqlar. Onlar ölkədə baş verənlərdən danışacaqlar. Mənbə: Wwd Xeberal.az

Dünya

Rusiyanın Ukraynadakı əmlakı müsadirə ediləcək

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərman təqdim edib. Dövlət başçısının fərmanını təsdiq edən müvafiq qanun layihəsi çərşənbə günü Ukrayna parlamentinin saytında 7371 nömrəsi ilə qeydə alınıb. Sənəddə bildirlir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülkiyyət hüququ […]