Dünya

Cennifer Lopes ukraynalılara dəstək üçün xeyriyyə konsertində iştirak edəcək

Sharing is caring!

Amerikalı ifaçı Cennifer Lopes Ukraynaya dəstək məqsədilə “LuisaViaRoma” xeyriyyə qala-konsertində iştirak edəcək. Tədbir iyulun 30-da İtaliyanın Kapri şəhərindəki Çertoza-di-San-Cakomo adasında baş tutacaq.

Xeyriyyə gecəsində toplanan pullar Rusiya işğalına görə evlərini tərk edən ukraynalı qaçqınlara yardıma yönəldiləcək.

Bildirilir ki, hazırda Ukraynada olan UNICEF-in nümayəndələri konsertə videobağlantı vasitəsilə qatılacaqlar. Onlar ölkədə baş verənlərdən danışacaqlar.

Mənbə: Wwd

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir